Azərbaycan ali təhsil müəssisələri ilə Yıldız Teknik Universitetinin əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 18-də təhsil nazirinin müavini Muxtar Məmmədov Türkiyə Respublikası Yıldız Teknik Universitetinin rektoru Tamer Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı təhsil nazirinin müavini Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülən işlər barədə qonaqlara məlumat verib. Ölkəmizin ali təhsil müəssisələri ilə Yıldız Teknik Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.