Azərbaycan Almatıda fiqurlu konkisürmə turnirində təmsil olunur
Astana, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 1-dən 4-dək Qazaxıstanın Almatı şəhərində fiqurlu konkisürmə üzrə altıncı beynəlxalq “Denis Ten Memorial Challenge” turniri keçirilir.
AZƏRTAC Qazaxıstanın Turizm və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, builki turnirdə Qazaxıstan, Azərbaycan, Kanada, Çin, Finlandiya, Gürcüstan, İtaliya, Cənubi Koreya, İsveç, ABŞ, Estoniya, İspaniya və Almaniyadan tanınmış fiqurlu konkisürənlər iştirak edirlər.
“Denis Ten Memorial Challenge” turniri Qazaxıstan Fiqurlu Konkisürmə İttifaqı və Denis Ten Fondunun təşkilatçılığı ilə hər il Qazaxıstanda keçirilən beynəlxalq fiqurlu konkisürmə yarışıdır.
Turnir 2014-cü il Olimpiya Oyunlarında bürünc medal qazanmış qazaxıstanlı fiqurlu konkisürən Denis Tenin şərəfinə adlandırılıb. İlk turnir 2019-cu ildə baş tutub və 2021-ci ildən etibarən yarış “Challenger” seriyasının bir hissəsidir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]