AZƏRBAYCAN AVROPA ŞURASI QARŞISINDA GÖTÜRDÜYÜ ÖHDƏLİKLƏRİ DEMƏK OLAR Kİ, TAM YERİNƏ YETİRMİŞDİR
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov məsələnin parlamentin müzakirəsinə çıxarılmasına ehtiyac olmadığını bildirmişdir.
Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliklərin, demək olar ki, hamısını yerinə yetirmişdir.
Avropa Şurasının Baş katibi Valter Şvimmer, qurumun Azərbaycan üzrə məruzəçiləri və digər beynəlxalq müşahidəçilər ölkəmizdə həyata keçirilən islahatlardan razıdırlar.
Təşkilatın bu ilin sentyabr ayında keçiriləcək sessiyasında Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərlə bağlı müzakirələr aparılacaqdır və biz bundan narahat deyilik.