Azərbaycan badmintonçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Niderlandın Hertogenbos şəhərində keçirilən “YONEX Dutch Open” beynəlxalq turnirində gümüş medal qazanıb.
Azərbaycan Badminton Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, o, qadın badmintonçuların şəxsi yarışında finala kimi irəliləyib. Mübarizəyə 1/16 finaldan başlayan Keişa finala gedən yolda Hindistan, Danimarka və Bolqarıstan təmsilçilərinə qalib gəlib.
Badmintonçumuz qızıl medal uğrunda keçirilən oyunda malayziyalı Kisona Selvaduraya 0:2 (14-21,16-21) hesabı ilə uduzaraq gümüş medala layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:37]
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]