Azərbaycan beynəlxalq kibertəhlükəsizlik indeksi reytinqində mövqeyini yaxşılaşdırıb
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycan “Milli Kibertəhlükəsizlik İndeksi” (National Cybersecurity Index) beynəlxalq reytinqində mövqeyini 4 pillə yaxşılaşdıraraq, 50-ci yerdə qərarlaşıb.
AZƏRTAC “National Cybersecurity Index”in məlumatına istinadla xəbər verir ki, “Milli Kibertəhlükəsizlik İndeksi” 176 ölkədən 46 rəqəmsal mühit göstəricisi üzrə qiymətləndirilir və sıralanır.
Qeyd edək ki, Estoniyanın Elektron İdarəçilik Akademiyası Fondu tərəfindən hazırlanan və təkmilləşdirilən Milli Kibertəhlükəsizlik İndeksi, kibertəhlükəsizliyin təmin edilməsi və kiber insidentlərin idarə olunması üzrə ölkələrin hazırlığını real vaxt rejimində ölçən qlobal indeksdir.
Xatırladaq ki, yaxın zamanda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” təsdiqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]