Azərbaycan çempionu həndbol üzrə Avropa Kubokuna qələbə ilə başlayıb
Mingəçevir, 26 oktyabr, AZƏRTAC
Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, mübarizəyə II mərhələdən start verən Mingəçevir klubu Kiprin “Parnassos Strovolu” kollektivini sınağa çəkib.
Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində oynanılan qarşılaşmanı xorvatiyalı hakimlər Stefan Berdiç və Filip Sorak idarə ediblər. Görüş Azərbaycan çempionunun 35:31 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tərəflər arasındakı razılaşmaya əsasən, cavab oyunu oktyabrın 27-də eyni məkanda təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:37]
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]