AZƏRBAYCAN DAĞ YƏHUDİLƏRİ İCMASININ SƏDRİ SEMYON İXİİLOVUN ÇIXIŞI
-Zati-aliləri möhtərəm İlham Heydər oğlu!
Möhtərəm şeyxülislam!
Möhtərəm Aleksandr Ata!
Əziz qonaqlar!
Bu gün yenidən iftar məclisində olmağım mənə çox xoşdur. Burada ən əziz qonaq Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevdir. O, güclü, təcrübəli, tolerant, müdrik, öz azad ölkəsində hər bir insana hörmət bəsləyən insandır. Cənab Prezident, biz Sizi burada salamlayırıq, gördüyünüz bütün işlərə görə Sizə təşəkkür etmək istəyirik.
Mən Azərbaycanın bütün yəhudiləri adından hörmətli cənab Prezident, Sizin şəxsinizdə, möhtərəm şeyx Sizin şəxsinizdə bütün Qafqaz müsəlmanlarını müqəddəs Ramazan ayı münasibətilə təbrik etmək, möhkəm cansağlığı, xoşbəxtlik diləmək, ən xoş arzularımı çatdırmaq istəyirəm.
Allah namazınızı və orucunuzu qəbul etsin.
X X X
Şeyxülislam Allahşükür PAŞAZADƏ: Cənab Prezident, mənim haqqımda söylədiyiniz xoş sözlərə, əməyimə verdiyiniz yüksək qiymətə görə Sizə minnətdarlığımı bildirirəm. Əlbəttə ki, həyatda hər bir şəxsin müəllimi olur. Mənim də müəllimim ulu öndər Heydər Əliyev həzrətləridir. Mən onu özümə müəllim bilirəm. Əgər onun məsləhətləri, onun göstərdiyi yollar olmasaydı, mən bu zirvəyə çata bilməzdim. Ona görə də bu gün istərdim ki, mənim həm mənəvi, həm də dünyəvi həyatımda böyük rol oynayan ulu öndərimiz Heydər Əliyevi yada salaq, onun ömür-gün yoldaşını yada salaq. Ümumiyyətlə torpaq uğrunda şəhid olanların xatirəsini yad edək. Bugünkü iftar süfrəsinin müqəddəsliyi naminə Qurani-Şərifdən bir neçə ayə oxuyaq. Sonra Ramazan duası oxunacaqdır. Allah sizi qorusun. Çox sağ olun.
X X X
Sonra Quran oxundu, iftar süfrəsi açıldı.
İftar mərasimində Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirləri, dini icmaların nümayəndələri, Milli Məclisin deputatları iştirak edirdilər.