AZƏRBAYCAN DEPUTATI QƏRBİ AVROPA İTTİFAQI ASSAMBLEYASININ SESSİYASINDA İŞTİRAK EDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 5-də Parisdə Qərbi Avropa İttifaqı Assambleyasının 51-ci sessiyası işinə başlamışdır.
Sessiyada NATO ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, Avropa İttifaqının Balkanlarda rolu, beynəlxalq terrorizmlə mübarizə, Avropada təhlükəsizlik və müdafiə siyasəti, Qərbi Avropa İttifaqı Assambleyasının 2006-cı il büdcəsi və digər məsələlər müzakirə olunacaqdır.
Milli Məclisdən verilən məlumata görə, tədbirdə Azərbaycan parlamentinin üzvü Gövhər Baxşəliyeva iştirak edir.
Sessiya dekabrın 7-də başa çatacaqdır.