AZƏRBAYCAN DİASPORU DÜNYANIN HƏR YERİNDƏ FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Norilsk şəhərində yaşayan 20 mindən çox azərbaycanlını öz ətrafında birləşdirən Azərbaycan Diasporu ictimai hərəkatı fəaliyyətini genişləndirir. Təşkilatın sədri, Norilsk şəhər sovetinin deputatı Əligürşad Kərimov bildirmişdir ki, hərəkatın təşəbbüsü ilə Norilskdə Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmışdır. Yaxın günlərdə isə mərkəzdə kitabxana da fəaliyyət göstərəcək və burada doğma vətənimiz Azərbaycanla bağlı tarix, bədii, şeir, dərslik kitabları toplanacaqdır. Bu kitablar gənc nəslin doğma vətəni haqqında bilgi əldə etməsində mühüm rol oynayacaqdır.
Ə.Kərimov onu da demişdir ki, diasporumuzun dəstəyi ilə burada hər il milli bayramlarımızı qeyd edir, şənliklər keçirir, adət-ənənələrimiz, milli mətbəximiz barədə Rusiya ictimaiyyətinə və digər millətlərin nümayəndələrinə məlumatlar veririk. Mərkəz xalqımızın başına gətirilən müsibətlər barədə həqiqətlərin yerli əhaliyə çatdırılmasında da geniş fəaliyyət göstərir.
Təşkilat şəhərin mərkəzi paklarının birində Bakıdakı Qız qalasının oxşarını tikdirmək niyyətindədir. Bununla bağlı şəhərin rəhbərliyinə müraciət olunmuş və müsbət cavab alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]