AZƏRBAYCAN DİASPORU GİMNASTIMIZIN ÇIXIŞINA VALEH OLMUŞDUR
Vaxtilə yunan-Roma güləşi üzrə dəfələrlə Azərbaycan çempionu olmuş A.Ağatalıbov uzun müddətdir ki, Özbəkistanda yaşayır və burada yerli bədən tərbiyəsi təşkilatları ilə sıx əlaqələr yaratmışdır. Özbəkistan Milli Olimpiya Komitəsinin mədəniyyət komissiyasının sədri kimi tez-tez Azərbaycan və Özbəkistan idmançılarının görüşlərini təşkil edir. Hesab edir ki, belə tədbirlər hər iki ölkənin nümayəndələri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və onların idman ustalıqlarının inkişafına kömək göstərir.
A.Qurbanovanın oktyabrın 14-17-də Berlində də diasporun dəstəyinə ehtiyacı olacaqdır. İdmançımız orada Qran-pri seriyasından olan beynəlxalq turnirdə iştirak edəcəkdir. Bu yarışların təşkilat komitəsindən Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə daxil olmuş məlumata görə, Almaniya paytaxtında keçiriləcək yarışlara Rusiya idmançıları - Afina Olimpiadasının çempionu Alina Kabayeva və həmin Oyunların gümüş medalçısı İrina Çaşşina, Olimpiadanın bürünc medalçısı Anna Bessonova və Nataliya Qodunko (Ukrayna), Qazaxıstan idmançısı Aliyə Yusupova, Belarus idmançıları İnna Jukova və Svetlana Rudalova, alman idmançısı Liza İngildeyeva da qatılacaqdır. Ümumiyyətlə, turnirdə dünyanın tanınmış 24 gimnastı həm çoxnövçülükdə, həm də ayrı-ayrı təmrinlərdə mükafatlar uğrunda mübarizə aparacaqlar.