SİYASƏT
Azərbaycan diplomatları “Crocus City Hall”dakı terror aktı qurbanlarının xatirəsini yad ediblər
Moskva, 30 mart, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfirliyinin diplomatları Moskvadakı “Crocus City Hall” yaxınlığında təbii memorialın önünə gül qoyulması mərasimində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Rusiyadakı diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, o cümlədən Azərbaycan səfirliyinin əməkdaşları “Crocus City Hall”un qarşısındakı təbii memorialın önünə gül dəstələri qoyublar.
Martın 22-də 140-dan çox insanın həyatına son qoyan terror aktı qurbanlarının xatirəsini yad edənlər arasında Asiya, Afrika, Avropa, Latın Amerikası, Yaxın Şərq və MDB ölkələrinin də diplomatları var.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva