Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futzal komandası Xorvatiyaya yola düşüb
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 17-27-də Xorvatiyada keçiriləcək futzal üzrə Avropa çempionatında iştirak etmək üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Split şəhərinə yola düşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən futzal üzrə turnirin qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilk dəfə Xorvatiyada tələbələr arasında keçiriləcək çempionatda ölkəmizi təmsil edəcəkdir.