Azərbaycan Dubayda açılmış “ATM-2012” Beynəlxalq turizm sərgisində uğurla təmsil olunur
Bakı, 1 may (AZƏRTAC). Aprelin 30-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “ATM-2012” Beynəlxalq turizm sərgisi açılmışdır.
Dünyanın 117 ölkəsindən 1400-ə yaxın şirkətin iştirak etdiyi sərgidə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyevin başçılığı ilə nümayəndə heyəti ilə təmsil olunur. Bu, Azərbaycanın 2012-ci ildə iştirak etdiyi sayca on dördüncü beynəlxalq turizm sərgisidir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, mayın 3-dək davam edəcək sərgidə ölkəmiz xüsusi qurulmuş stendlə təmsil olunur. Nazirliyin stendində, həmçinin ölkəmizin 8 yerli turizm şirkətinin və 2 mehmanxananın turizm imkanları da nümayiş etdirilir.
Azərbaycan 2004-cü ildən etibarən hər il regionun ən böyük sərgisi olan “ATM” Beynəlxalq turizm sərgisində iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]