Azərbaycan Gimnastika Federasiyasının baş katibi Avropa Gimnastika İttifaqının prezidenti seçilib
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib.
AZƏRTAC xəbər verir ki, dekabrın 2-də Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində o, daha çox səs yığıb.
F.Qayıbov 28 səs toplamaqla bu vəzifəyə digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.
Qeyd edək ki, 2009-cu ildən Avropa Gimnastika İttifaqına fransalı Jorj Gelzek rəhbərlik edir.