AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİ İRANDA BEYNƏLXALQ TURNİRDƏ BİR QIZIL, İKİ BÜRÜNC MEDAL QAZANMIŞLAR
Bakı, 2 mart (AZƏRTAC). Azərbaycan idmançıları İranın Qum şəhərində yunan-Roma güləşi üzrə başa çatmış beynəlxalq turnirdən 3 medalla qayıdırlar.
Azərbaycan Güləş Federasiyasından bildirmişlər ki, güləşçilərimiz arasında ən yüksək nəticəni bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmış Sakit Cəlilov (60 kq) göstərmişdir.
Qadir Süleymanov (55 kq) və Emin Əhmədov (66 kq) isə üçüncü yerləri tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]