Azərbaycan hakimi “Trikolorul”–“Lozanna” voleybol oyununa təyinat alıb
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycanlı hakim Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alıb.
AZƏRTAC xəbər verir ki, ədalət təmsilçimiz “Çelenc Cup” turnirinin ikinci təsnifat mərhələsində iş başında olacaq. Belə ki, F.Ağayev Ployeşti şəhərində kişi voleybolçular arasında keçiriləcək “Trikolorul” (Rumıniya) - “Lozanna” (İsveçrə) matçında hakimlik edəcək.
Həmyerlimiz noyabrın 29-da keçiriləcək görüşdə macarıstanlı Qyul Tillmanna köməklik edəcək.
Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk matçda isveçrəlilər 3:0 hesabı ilə qələbə qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]