Azərbaycan həftəsonu məktəbi milli azlıqlarla bağlı tədbirdə iştirak etmişdir
Tallin, 10 noyabr (AZƏRTAC). Noyabrın 9-da Tallinn şəhərindəki (Köhnə Şəhər) Kukla evində Estoniyada fəaliyyət göstərən milli azlıqların həftəsonu məktəblərinin birgə tədbiri keçirilmişdir.
Azərbaycan həftəsonu məktəbini direktor Sənəm Əliyeva təmsil etmişdir.
Tədbirdə milli geyim və kuklalar mövzusunda çıxışlar olmuşdur. Hər bir məktəbin nümayəndəsi öz milli geyimlərinin tarixindən danışmış və milli geyimləri nümayiş etdirmişdir.
Daha sonra uşaqlar və müəllimlər birlikdə milli geyimlərdə kuklalar hazırlamışlar. Dörd saat davam edən tədbir milli musiqilərlə müşayiət olunmuş və milli mətbəx nümunələrindən təşkil olunmuş bayram süfrəsi ilə başa çatmışdır.
Azərbaycan, Rusiya, Ukrayna, Finlandiya həftəsonu məktəblərinin iştirak etdiyi bu tədbir Estoniya Həftəsonu Məktəblər Birliyinin təşkilatçılığı və Estoniya Təhsil və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilmişdir.
Nigar Cəfərli
AZƏRTACın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]