Azərbaycan hərbçiləri “Anatolian Phoenix - 2025" beynəlxalq təlimində iştirak edirlər



Bakı, 13 may, AZƏRTAC
Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anatolian Phoenix - 2025" ("Anadolu Ankası - 2025") beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, təlim iştirakçıları əvvəlcə Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) "Türk Yıldızları" aviaqrupunun təqdimatında nümunəvi uçuşları izləyiblər.
Sonra təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.
Cari ilin may ayının 23-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2025 [23:37]
Azərbaycan müdafiə naziri Belarusa rəsmi səfər edib
- 15.06.2025 [16:32]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 11.06.2025 [14:44]
Hərbi pilotlar aviasiya vasitələri ilə təlim-məşq uçuşlarını icra ediblər
Müstəqil siyasətin təzahürü
- [17:32]
Komitə: Əhalinin gəlirləri artıb
- [16:08]
İctimai iaşə dövriyyəsi artıb
- [15:39]