Azərbaycan hərbçiləri Moskvada 9 May paradında iştirak edəcəklər
Moskva, 11 aprel, AZƏRTAC
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, bunu TASS agentliyinə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev söyləyib.
“80 nəfər Azərbaycan hərbçisi mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcək”, - deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, yaxın vaxtlarda hərbçilər məşqlərdə iştirak etmək üçün Moskvaya gələcəklər. “Bu, bizim ümumi tarixdir, bu, bizim qələbədir”, - deyə Rəhman Mustafayev vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva