Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər
Bakı, 14 avqust, AZƏRTAC
Avqustun 13-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi parad keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumata görə, paradı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, ölkəmizin Pakistan İslam Respublikasındakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar izləyiblər.
Müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələrinin iştirak etdiyi hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]