Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələrində taktiki-xüsusi məşqlər keçirilib
Bakı, 16 aprel, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlim-məşqləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, S-125 zenit-raket komplekslərinin döyüş heyətləri şərti düşmən hədəflərini aşkarlayaraq praktiki atışlarla onları məhv edib.
Şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar yerinə yetirilib.