Azərbaycan Honq-Konqda “ITE and MICE” Beynəlxalq turizm sərgisində iştirak edəcəkdir
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 14 -də Çinin Honq-Konq şəhərində “İTE and MİCE” Beynəlxalq turizm sərgisi açılacaqdır.
İyunun 17-dək davam edəcək sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, ölkəmizin “ATA travel”, “İmprotex” turizm şirkətləri və “Gallery hotel”, “Excelsior” mehmanxanaları ilə təmsil olunacaqdır.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədi ilə 27 kvadratmetr sahə icarəyə götürülmüş və sərgiyə gələn ziyarətçilərə paylanması üçün ingilis və Çin dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunmuşdur.
Azərbaycan artıq ikinci dəfədir ki, “ITE and MICE” Beynəlxalq turizm sərgisində iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]