Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Prezidentinə müraciət ünvanlayıblar

Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Prezidentinə müraciət ünvanlayıblar

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Respublikasının Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar.

AZƏRTAC Müraciəti təqdim edir:

-Cənab Prezident,

Fransada Respublikaçılar partiyasının prezident seçkilərində namizədi, İl-dö-Frans regionunun prezidenti xanım Valeri Pekres dekabrın 22-də Mişel Barniye və Brüno Retayyonun müşayiəti ilə Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Fransa Respublikası tərəfindən tanınmış beynəlxalq sərhədlərini qeyri-qanuni yolla və gizlicə keçmiş və Azərbaycanın Qarabağ bölgəsinin Xankəndi şəhərinə səfər etmişdir. Bu qanunsuz səfər sivil dünyanın qanunlarını kobud şəkildə pozur.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması və hər iki xalq arasında etimadın gücləndirilməsi istiqamətində addımların atıldığı bir zaman xanım Pekresin qeyri-qanuni səfəri və bu səfəri seçki təbliğatının alətinə çevirməsi cəhdi yenicə müharibədən çıxmış və quruculuq işlərinə başlamağa çalışan bölgədə vəziyyəti qəsdən qızışdırmaq və sülh səylərinə zərbə vurmaq məqsədi daşıyır. Seçiciləri səfərbər etmək üçün onun bu addıma ehtiyacı varmı? Lakin heç bir daxili seçki mübarizəsi belə bir davranışa bəraət qazandıra bilməz. Biz bu məsuliyyətsiz addımı qətiyyətlə qınayırıq.

Xanım Pekres və onun bəzi müşavirləri, eləcə də erməni diasporunun nümayəndələri mətbuatda və sosial şəbəkələrdə münaqişəyə dini don geyindirməyə çalışırlar və insanların dini heysiyyətləri üzərindən Azərbaycan dövlətinə və xalqına qarşı aşağılayıcı fikirlər səsləndirirlər, bu isə Azərbaycan xalqına qarşı nifrətə açıq çağırışdır. Fransa kimi bəşəri dəyərlər ənənəsinin və dinin siyasətdən ayrılmasının dövlətin təməl daşını təşkil edən bir ölkədə açıq şəkildə bir xalqa qarşı nifrət hissinin aşılanması heç bir mənəvi və universal dəyərlər çərçivəsinə sığmır və bizi çox təəccübləndirir. Onların münaqişəyə dini don geyindirmək cəhdləri səlibçi təfəkkürünə xas davranış kimi qiymətləndirilə bilər. Demək olarmı ki, Fransa maarifçilərinin suveren hüquqi dövləti yenidən obskurantist baxışların basqısına məruz qalır?

Xanım Pekres namizəd kimi istədiyi yerə gedə bildiyini deyir. O, əlbəttə, Fransa və Fransanın üzv olduğu Avropa İttifaqının hərəkət azadlığından bəhrələnib istədiyi yerə getməkdə və öz seçki təbliğatını aparmaqda sərbəstdir. Lakin o, Azərbaycana gəlmək üçün Azərbaycanın müvafiq qurumlarına müraciət etməli və ölkə ərazisinə giriş icazəsi almalı idi. Onun belə bir icazə olmadan Azərbaycan ərazisinə gizli keçməsi Azərbaycan qanunvericiliyini, eləcə də Fransanın milli qanunvericiliyinin tələblərini, həm beynəlxalq, həm də ikitərəfli öhdəliklərini kobud şəkildə pozur.

Fransa hər şeydən öncə Ermənistanla Azərbaycan arasında 28 il davam etmiş münaqişənin həll edilməsi üçün yaradılan ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir. O, həmsədr dövlət kimi tərəflər arasında neytrallığını qorumaq və sülh səylərini dəstəkləmək öhdəliyinə malikdir. Fransa və Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə bir-birinin beynəlxalq sərhədlərini tanıyır, ərazi bütövlüklərinə qarşılıqlı hörməti təsdiqləyir və dostluq münasibətlərini inkişaf etdirirlər. İki dövlət arasında 1993-cü il dekabrın 20-də imzalanan müqavilə dostluq və əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edir və onların üzərinə beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq öhdəliklər qoyur.

Fransanın 1958-ci ildə qəbul edilən konstitusiyasına əsasən, xarici siyasət məsələləri dövlətin mərkəzi hakimiyyətinin müstəsna səlahiyyətlərinə daxildir. Ərazi vahidləri - bələdiyyələr, departamentlər, regionlar - dövlətin xarici siyasəti ilə məşğul ola bilməz və onun beynəlxalq öhdəliklərinə xələl gətirə bilməzlər (Ərazi vahidləri Ümumi Məcəlləsinin L.1115-1 və sonrakı maddələri). Bununla bağlı Fransanın daxili işlər və Avropa və Xarici işlər nazirləri tərəfindən 2018-ci il mayın 24-də NOR/INTB1809792C nömrəli sirkulyar imzalanmışdır.

Cənab Prezident, Fransa milli qanunvericiliyinin tələblərini nəzərə alaraq, bu kimi qanunsuz səfərlərin qarısının alınması və gələcəkdə belə halların təkrar olunmaması üçün zəruri tədbirlərin görülməsini xahiş edirik.

Müraciəti imzalayanlar:

1. Tural Gəncəliyev - müstəqil deputat

2. Etibar Əliyev - müstəqil deputat

3. Vüqar Bayramov - müstəqil deputat

4. Zaur Sadıqbəyli - hüquqşünas, Fransa

5. Mayisə Ağamirzəyeva - Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə koordinatoru

6. Yaşar Musayev - Almaniya Azərbaycanlıları Alyansı İdarə heyətinin sədri

7. Rəşad İbrahim - Belçika Azərbaycanlıları Federasiyasının həmsədri

8. Arzu Həsənova - Lüksemburq “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının direktor müavini

9. Əliməmməd Nuriyev - hüquq müdafiəçisi, Konstitusiya Araşdırmalar Fondunun prezidenti

10. Sahib Məmmədov - hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri

11. Çingiz Qənizadə - hüquq müdafiəçisi, Demokratiya və İnsan Hüquqları Komitəsini sədri

12. Zaur İbrahimov - “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi ictimai birliyinin sədri

13. Günel Səfərova - hüquq müdafiəçisi, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri

14. Novela Cəfərova - hüquq müdafiəçisi, D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin sədri

15. Səltənət Qocamanlı - hüquq müdafiəçisi, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri

16. Hafiz Həsənov - hüquq müdafiəçisi, Hüquq və İnkişaf İctimai Birliyinin sədri

17. Səadət Bənənyarlı - hüquq müdafiəçisi, "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin sədri

18. Fatma Səttarova - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, II Dünya Müharibəsi iştirakçısı

19. Rey Kərimoğlu - Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri, "Qarabağ Qaziləri" İctimai Birliyinin sədr müavini

20. Ramil İsgəndərli - Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri

21. Mayis Əliyev - "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri

22. Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri

23. Xanım Əhmədzadə - “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin sədri

24. Rəfail Becanov - İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri

25. Səməd Vəkilov - "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin sədri

26. Vüsalə Hüseynli - "İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyinin sədri

27. Şahin Camalov - “İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunun rəhbəri

28. Rafiq İsmayılov - "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru

29. Mehriban Zeynalova - “Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri

30. Kəmalə Ağazadə - “Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri

31. Vüqar Qədirov - Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri

32. Mahirə Əmirhüseynova - “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri

33. Mehriban Abdullayeva - “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri

34. Xatirə Vəliyeva - “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri

35. Əbil Zeynalov - “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək“ İctimai Birliyinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir