Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağı davam etdirirlər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Dillər və ictimai fənlər kafedrasının müəllimləri - dosent Məmmədəli Babaşlı və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun məqalələri Misir mətbuatında dərc olunub.
Məqalələrdə Ermənistanın sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı növbəti təxribatı, hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda yerləşən məntəqələrdə, xüsusilə Gəncədə törədilən terror aktları nəticəsində günahsız mülki insanların qətlə yetirilməsi barədə məlumat verilib.