Azərbaycan ilə BMT arasında əlaqələr müzakirə edilib
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının 66-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Murad Nəcəfbəyli BMT-nin Cenevrə bölməsinin baş direktoru Maykl Moller ilə görüşüb.
Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və BMT arasında əlaqələr müzakirə edilib, ölkəmizin Cenevrədəki aktiv fəaliyyəti müsbət qiymətləndirilib. Görüşdə bir sıra digər məsələlərlə yanaşı, BMT-nin 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi və İqlim Dəyişikliyi üzrə növbəti Zirvə toplantısı fonunda iqtisadi, ətraf mühit, nəqliyyat və enerji məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Hazırda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının 66-cı sessiyasında iştirak edir. Xarici işlər nazirinin müavini yüksək səviyyəli panel çərçivəsində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının rolu və Azərbaycanın regiona töhfələri mövzusunda çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]