AZƏRBAYCAN İLƏ KANADA ARASINDA İQTİSADİ VƏ HUMANİTAR ƏLAQƏLƏRİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Görüşlərdə Azərbaycanda gedən siyasi proseslər, Ermənistan-Azərbaycan münaqişəsi, xarici sərmayə qoyuluşu üçün yaradılan əlverişli şərait, iqtisadi islahatlar haqqında ətraflı məlumatlar verilmiş, Azərbaycan ilə Kanada arasında iqtisadi və humanitar əlaqələrin inkişafına dair məsələlər və Azərbaycana sərmayə qoyulması imkanları müzakirə edilmişdir.
Azərbaycan icmasının nümayəndələri ilə görüşdə diasporumuzun üzvləri xalqımızın milli adət-ənənələri ilə bağlı müxtəlif tədbirlər keçirdiklərini vurğulayaraq, böyüməkdə olan nəslin doğma dilimizi bilmələrinin, milli dəyərlərimiz əsasında tərbiyə olunmalarının vacibliyini bildirmişlər.