Azərbaycan ilə Moldova arasında əməkdaşlıq münasibətlərinin inkişafı müzakirə olunub
Kişineu, 25 fevral, AZƏRTAC
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bu ölkənin yeni Baş naziri Dorin Reçan ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Qüdsi Osmanov Moldovanın Baş nazirinə vəzifəyə təyin olunması ilə bağlı Azərbaycanın Baş naziri Əli Əsədovun təbriklərini çatdırıb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, eləcə də bu il nəzərdə tutulan müxtəlif dövlət qurumları rəhbərlərinin qarşılıqlı səfərləri müzakirə olunub. Həmçinin görüşdə aqrar və enerji sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu