AZƏRBAYCAN İLƏ TÜRKİYƏ ARASINDA FÖVQƏLADƏ HALLARIN İDARƏ EDİLMƏSİ ÜZRƏ ƏMƏKDAŞLIQ SAZİŞİ İMZALANMIŞDIR
Sazişi Azərbaycan tərəfdən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Türkiyə tərəfdən Baş nazirin müavini, dövlət naziri Mehmet Ali Şahin imzalamışlar.
Kəmaləddin Heydərov ölkəmizin Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış yeni nazirliyin vəzifələrindən danışmış, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qardaş Türkiyə hökuməti ilə imzalanmış sazişin əhəmiyyətini diqqətə çatdırmışdır. Nazir baş verə biləcək təbii fəlakətlərə qarşı qardaş dövlətlərimizin fövqəladə hallar qurumlarının birgə fəaliyyətinin vacibliyini vurğulamışdır.
Mehmet Ali Şahin ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşləri barədə məlumat vermiş, Türkiyənin fövqəladə halların qarşısının alınması sahəsində bir sıra dövlətlərlə sənədlər imzaladığını, lakin hərtərəfli əməkdaşlıq haqqında ilk ikitərəfli sazişin məhz Azərbaycan hökuməti ilə bağlandığını söyləmiş, sənədin bəzi müddəalarını diqqətə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]