Azərbaycan ilə Türkiyə orduları arasında hərbi kəşfiyyat sahəsində əməkdaşlıq müzakirə olunub
Bakı, 8 avqust, AZƏRTAC
Avqustun 8-də Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi general-polkovnik İsmayıl Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tərəflər hər iki ölkənin orduları arasında qarşılıqlı münasibətlərin, eləcə də hərbi kəşfiyyat sahəsində əməkdaşlığın inkişaf etdiyini xüsusi qeyd ediblər.
Görüşdə iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]