Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN-İSRAİL BİZNES FORUMU

AZƏRBAYCAN-İSRAİL BİZNES FORUMU

Bakı, 29 iyun (AZƏRTAC). İyunun 29-da Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və İsrail Prezidenti Şimon Peres forumun açılışında iştirak etmişlər.

Azərbaycanın 70-ə yaxın şirkəti nümayəndələrinin və İsrailin 50-yə yaxın iş adamının qatıldığı forumda Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək Prezident Şimon Pereslə aparılan danışıqlar zamanı bir çox məsələlərin müzakirə edildiyini bildirdi.

Dövlətimizin başçısı biznes forumda İsraildən çox sayda iş adamının iştirakını müsbət hal kimi dəyərləndirdi və ölkəmizdəki sərmayə mühiti barədə məlumat verərək dedi:

-Azərbaycanda çox müsbət sərmayə mühiti var. Bizim tərəfdaşlarımız dünyanın aparıcı şirkətləridir. Bu günə qədər onlar hər hansı bir narazılıq və yaxud mübahisələrlə üzləşməyiblər. Azərbaycanda sərmayə qoyan şirkətlər ilə hökumət arasında heç bir mübahisə olmayıb. Əsas beynəlxalq müqavilələr parlament tərəfindən ratifikasiya edilir, Prezident tərəfindən Fərmanla təsdiqlənir və qanun qüvvəsini alır. Bu o deməkdir ki, həmin müqaviləni heç kim dəyişə bilməz. Bu, sərmayədarlarda əlavə etimadı artırır və eyni zamanda, Azərbaycanda çox münbit sərmayə mühiti yaradır. Məhz elə bu səbəblərə görə, ola bilsin, Azərbaycan uzun illər ərzində regionda aparıcı mövqeləri tutmuşdur. Bu öncül mövqe birbaşa xarici sərmayələrin həcminə görə mövcuddur.

Bu gün dünyada mövcud böhranın olmasına baxmayaraq, bir çox digər ölkələr və onların şirkətləri Azərbaycana sərmayə yatırmağı davam etdirirlər. Biz öz islahatlar siyasətimizi davam etdirməyə çalışırıq, “açıq qapı” siyasətini yürüdürük. Bizim sərmayədarlarla apardığımız iş çox məhsuldar bir mühitdə baş tutur və bu siyasət yaxşı nəticələr verir. Ötən il Dünya Bankı özünün “Doing Business” hesabatında Azərbaycanı islahatların aparılması sahəsində birinci yerdə tutmuşdur.

Prezident İlham Əliyev dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatının yüksələn templə inkişaf etdiyini diqqətə çatdıraraq dedi:

-Böhrana baxmayaraq, cari ilin birinci aylarında iqtisadiyyatımız yenə də artmışdır. İlk beş ay ərzində ümumi daxili məhsulun (ÜDM) artımı 4,5 faiz, qeyri-neft sektorunda isə artım 6 faizdən çox olmuşdur. Bu, onu göstərir ki, infrastruktura yatırılan sərmayələr, insan kapitalına, təhsilə, xidmətə, qeyri-neft sektoruna qoyulan sərmayələr artıq yaxşı imkanlar açır və biz iqtisadiyyatımızı şaxələndiririk.

Birmənalı olaraq gələcəkdə bir neçə il ərzində neft sektoru iqtisadiyyatımızda əsas yer tutacaq. Bu, məhz onunla bağlıdır ki, biz enerji siyasətimizi, enerji strategiyamızı uğurla həyata keçiririk. Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə bizim neft və qaz hasilatımız öz tələbatlarımıza cavab vermirdi. Halbuki Azərbaycan neft hasilatının vətənidir. Dünyada ilk neft məhz Azərbaycanda hasil edilmişdir. Daha sonra dənizdə yerləşən yataqlardan neft birinci dəfə məhz Azərbaycanda hasil olunubdur. İkinci dünya müharibəsində Sovet İttifaqında hasil edilən neftin 70 faizi Bakıdan göndərilirdi. Bu günə qədər Azərbaycanın yataqlarından 1,5 milyard ton neft hasil edilmişdir. Lakin 1991-ci ildə müstəqilliyimizi əldə etdikdən sonra biz özümüzü çox çətin bir vəziyyətdə hiss etdik. Çünki daxili qaz hasilatı da qənaətbəxş deyildi. Həmin vaxt Azərbaycanda neft hasilatı yalnız 8 milyon ton təşkil edirdi. Bu gün isə iqtisadi islahatlar siyasətinə, “açıq qapı” siyasətinə, sərmayədarların stimullaşdırılmasına və eyni zamanda, sabit siyasi vəziyyətə görə Azərbaycan etibarlı tərəfdaş hesab edilir.

Azərbaycan Prezidenti qeyd etdi ki, bu il ölkəmizdə neft hasilatı 50 milyon ton, qaz hasilatı isə 25-27 milyard kubmetrə çatacaqdır. Bu gün Azərbaycan enerjiyə olan daxili tələbatını tam ödəyir, bununla yanaşı, Azərbaycanın təbii sərvətləri beynəlxalq bazarlara da çıxarılır. Üç-dörd il bundan əvvəl elektrik enerjisi çatışmazlığından əziyyət çəkən Azərbaycan indi bəzi qonşu ölkələrə elektrik enerjisi ixrac edir.

Dövlətimizin başçısı Xəzərin karbohidrogen ehtiyatlarının Avropanın müxtəlif ölkələrinə çatdırılması üçün tikilən nəhəng boru kəmərlərinin regionda vəziyyətə təsirindən də danışaraq dedi:

-Əgər Xəzər dənizindən Aralıq dənizinə neftin nəqli üçün boru kəməri olmasaydı, əgər digər boru kəmərləri və 4 qaz boru kəməri olmasaydı, ola bilsin ki, enerji təhlükəsizliyi məsələlərinin həlli daha da mürəkkəb olardı.

Artıq qeyd etdiyim kimi, enerji sektorunun bu gün iqtisadiyyatımızın əsas hissəsi olması bizim üçün prioritet deyil. Bizim üçün təhsil, səhiyyə, kənd təsərrüfatı vacibdir. Biz bu sahələrə çox uğurla sərmayələr yatırırıq. Mən bir neçə rəqəmi söylədim. Azərbaycanda son beş il ərzində 1300 yeni məktəb tikilmiş və yüzlərlə tibb ocağı istismara verilmişdir. Biz kənd təsərrüfatı sahəsinə sərmayələr qoymuşuq. Bu il bəlkə də birinci il olacaq ki, Azərbaycan kənd təsərrüfatı məhsullarına olan tələbatını tam, 100 faizlik əminliklə təmin edəcəkdir.

Biz turizm sahəsində işləyirik və hökumət infrastruktura böyük sərmayələr yatırır. Bu, bizə nəinki paytaxtı, o cümlədən regionları da inkişaf etdirməyə imkan yaradır. 2004-cü ildə icrasına başladığımız regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı 100 faiz həyata keçirilmişdir. Bu proqramın həyata keçirilməsi nəticəsində Azərbaycanda təxminən 800 min iş yeri açılmışdır. Yoxsulluq səviyyəsi 2003-cü ildə 49 faiz idisə, ötən ilin sonunda 13 faizə düşmüşdür.

Prezident İlham Əliyev qeyd etdi ki, son beş il ərzində ölkədə ümumi daxili məhsulun həcmi 2,3 dəfə, sənaye məhsulu 2,5 dəfə, büdcə xərcləri 12 dəfə artmışdır.

Dövlətimizin başçısı bütün bunlara Azərbaycan xalqının öz gücü sayəsində nail olduğunu dedi:

-Bəzi qonşularımızdan fərqli olaraq böyük xarici yardıma möhtac deyilik, yəni kənar mənbələrdən vəsait almırıq. Bütün bunlar - əldə etdiyimiz nailiyyətlər məhz bizim öz fəaliyyətimiz və gərgin işimiz sayəsində mümkün olmuşdur.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi imkanları çox genişdir. Mən öz prioritetlərimizi təşkil edən bir neçə sahəni qeyd etdim. Qeyd etdim ki, biz, eyni zamanda, Azərbaycanda çox sahədə infrastruktur layihələri həyata keçiririk. Yolların çəkilməsi, suvarma, su təchizatı və digər layihələri həyata keçiririk. Biz İsraildən olan şirkətləri burada işləməyə, daha fəal şəkildə işləməyə dəvət edirik. Təbii ki, biz onları sərmayədar kimi görmək istəyirik və eyni zamanda, onlar podratçı kimi də işləyə bilərlər. Çünki Azərbaycanda bunun üçün çox yaxşı imkanlar var. Xüsusən də İsrail Prezidentinin ölkəmizə uğurlu səfəri çərçivəsində dünən bizim səmərəli danışıqlarımız olmuşdur. Hesab edirəm ki, bu danışıqların davam etdirilməsi səfərin birinci günü kimi ikinci günündə də uğurlu olacaqdır. Əminəm ki, ölkələrimizin işgüzar dairələri bizim ikitərəfli münasibətlərimizin gücləndirilməsinə töhfə verəcəklər.

Çox sağ olun.

İsrail Prezidenti Şimon PERES forumda çıxış edərək dedi:

-Şərhinizə, dostluğa və iqtisadi əlaqələrimizin gələcəyinə dair nikbin baxışlarınıza görə Sizə təşəkkür edirəm. Hesab edirəm ki, həm İsrail, həm də Azərbaycan gələcəyə baxan və sabahı düşünən ölkələrdir.

Şimon Peres dünyada hökm sürən iqtisadi böhran və onun səbəbləri barədə fikirlərini bölüşdü, bəşəriyyəti narahat edən problemlərdən danışdı. Onların sırasında enerji və su məsələlərini önə çəkərək dedi:

-Hesab edirəm ki, su təchizatı növbəti 10 il ərzində ən iri sənayeyə çevriləcək. Hesablamalara görə bu, ildə 400 milyard dollara bərabər ola bilər. Eyni məsələ enerji sahəsinə də aiddir. Əhalinin sayı artır, enerji isə siyasi və iqtisadi sahələrdəki dəyişikliklər fonunda çox incə bir məsələdir. Bu səbəbdən də neft və qazla bərabər, insanlar günəş, külək və su enerjisi kimi alternativ enerji mənbələri axtarışındadırlar.

İsrail Prezidenti qeyd etdi ki, nanotexnologiyaların tətbiqi günəş enerjisindən istifadəni genişləndirəcəkdir. Bu da bəşəriyyətin qarşılaşdığı enerji probleminin həllinə və ondan qənaətlə istifadə olunmasına imkan yaradacaqdır.

Şimon Peres ölkəsində səhiyyə, təhsil və digər sahələrdəki vəziyyət barədə məlumat verərək dedi:

-Bu qənaətdəyəm ki, müəllim çatışmazlığı təhsildə mühüm problemlərdən birinə çevriləcəkdir. Son məlumatlara görə müəllim çatışmazlığı problemi var. Bir çox hallarda uşaqlar öz müəllimlərindən daha çox məlumatlıdırlar. Məhz buna görə də biz tədris sistemini yeni avadanlıqla, yeni elektron cihazlarla, yeni vasitələrlə, yeni filmlərlə təkmilləşdirməliyik. Bir daha qeyd edirəm ki, təhsil yeni və mühüm sahəyə çevriləcəkdir.

İsrail Prezidenti müstəqilliyin qorunması üçün müdafiə sahəsinə daim diqqət yetirilməsini əsas şərtlərdən biri kimi səciyyələndirdi. O, ölkəsinin inkişafından danışaraq, heç bir təbii sərvətə malik olmayan İsraildə elmi tədqiqatlara xüsusi diqqət yetirildiyini söylədi. Bundan başqa, kənd təsərrüfatının inkişafında əldə olunan nailiyyətlərdən danışaraq dedi:

-Bilirsiniz ki, Roma Papası İsrailə səfər edəndə ona ölkənin kənd təsərrüfatı məhsulunun yeni bir nümunəsi təqdim olunmuşdu. Onu mən zənginləşdirilmiş taxıl adlandırardım. Bu məhsul adi bir sünbüllü yox, dörd sünbüllü taxıl bitkisidir.

Daha sonra Şimon Peres bugünkü biznes forumun keçirilməsini yaxşı təşəbbüs kimi qiymətləndirərək dedi:

-Bildiyiniz kimi, bizim 50 nüfuzlu iş adamı biznes forumda iştirak edir. Onlar nazirlərimizin dəstəyi və məsləhəti ilə bu məsələnin təşəbbüskarlarıdır. Hesab edirəm ki, hökumət və özəl sektor əl-ələ verib çalışacaqdır.

İsrail Prezidenti daha sonra Azərbaycanın tarixi, mədəniyyəti və adət-ənənələri barədə də fikirlərini bölüşdü:

-Biz Sizin modernləşdirmə istiqamətindəki səylərinizi qiymətləndiririk. Bizim sizin keçmişinizə böyük hörmətimiz var. Azərbaycan hələ İsveçrə və ABŞ-dan öncə qadınların səsvermə hüququnu təmin etmişdir, azadlığa məhəbbət sizin adət-ənənələrinizdə, şeirlərinizdə, musiqinizdə əks olunur. Düşünürəm ki, işgüzar adamlar bir araya gələndə məhz iş barədə danışmalıdırlar. Amma bir az da duyğulardan danışmaq lazımdır. Çünki dostluq, etimad, qarşılıqlı anlaşma olmadan biznesdən söhbət belə gedə bilməz.

Prezident Şimon Peres bu görüşün iki ölkənin iş adamları arasında əlaqələrin daha da möhkəmlənəcəyinə təkan verəcəyini söylədi və Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır