Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan istər slavyandilli, istərsə də farsdilli dünya ilə probleminin olmadığını nümayiş etdirdi – RƏY

Azərbaycan istər slavyandilli, istərsə də farsdilli dünya ilə probleminin olmadığını nümayiş etdirdi –  RƏY

Bakı, 11 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Düşənbə və Astana səfərləri rəsmi Bakının qardaş ölkələrlə, quruculuq ideologiyasını irəli çəkən dövlətlərlə münasibətlərin inkişafına hədəflənməsini nümayiş etdirən çox mühüm hadisələrdir. Dövlətlərarası münasibətlərimizi inkişaf etdirməklə biz həm də ümumi beynəlxalq təhlükəsizliyin təminatına əhəmiyyətli töhfə veririk və təhlükəsizliyə dayağı möhkəmləndiririk. Digər tərəfdən, Tacikistan farsdilli dünyanın bir hissəsidir. Biz digər icmalara bir daha nümayiş etdiririk ki, bizim nə slavyandilli, nə də farsdilli dünya ilə problemimiz yoxdur.

Siyasi şərhçi Tofiq Abbasov bu fikirləri AZƏRTAC-a müsahibəsində bölüşüb.

Beynəlxalq “beyin” və tədqiqat mərkəzlərinin əksəriyyətinin, eləcə də müstəqil mütəxəssislərin Mərkəzi Asiya və Qafqazı tam bütöv kimi nəzərdən keçirdiyini qeyd edən ekspert vurğulayıb ki, bizim regionlar həqiqətən ortaq dəyərlərə malikdir, inteqrasiya trendlərinin inkişafı şəraitində yaxın qonşuluq isə onlara nəqliyyat-kommunikasiya sahəsində vahid konfiqurasiya yaratmaq və bir-birinin imkanlarından istifadə etmək fürsəti verir.

“Əgər Avropa məkanına inteqrasiyadan danışsaq, o halda şübhəsiz, Mərkəzi Asiya ölkələri də Azərbaycanın son dərəcə işlənib hazırlanmış və mobil, iki tərəfə çıxışı təmin edən nəqliyyat-kommunikasiya habından istifadəyə böyük tələbat hiss edə bilər. Azərbaycan, öz növbəsində, son illər Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan ilə əməkdaşlığın potensial yeni formatlarını fəal şəkildə işləyib hazırlayır. Bakının bütün bu mərkəzlərlə - Aşqabad, Daşkənd, Düşənbə, Astana, Bişkeklə siyasi dialoqu Mərkəzi Asiya regionunun Azərbaycanın siyasətində mühüm yerlərdən birini tutduğundan xəbər verir. Bizim xeyli ortaq layihələrimiz var, regionlarımızda təhlükəsizliyin təminatı planında ortaq fikirlərimiz çoxdur, buna görə də bir tərəfdən, daimi məsləhətləşmələr gedir, digər tərəfdən isə yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri həyata keçirilir”, - deyə agentliyin müsahibi vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Düşənbə və Astanaya son səfərləri Tacikistan və Qazaxıstan ilə ikitərəfli münasibətlərimiz kontekstində çox mühümdür. Bu səfərlər Mərkəzi Asiya regionu ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi proqramını harmonik şəkildə tamamlayır. T.Abbasov deyib: “Nəhayət, biz Ukrayna böhranı səbəbindən bu gün xüsusi dəyərə malik olan Orta dəhlizin inkişafı məsələsində oxşar baxışlara sahibik. Həm Tacikistanda, həm də Qazaxıstanda başa düşürlər ki, Azərbaycan olduqca mühüm coğrafi məkanda yerləşir: bir tərəfdən, Şərq-Qərb, digər tərəfdən, Şimal-Cənub nəqliyyat yolları. Ona görə də bu planlarda ortaq maraqlar çoxdur, icrası tələb olunan perspektiv ideyalar var”.

Bilavasitə Tacikistana toxunan T.Abbasov izah edib ki, Azərbaycan istər Türk Dövlətləri Təşkilatı (TDT), istərsə də Müstəqil Dövlətlər Birliyi (MDB) xətti ilə Düşənbə və Bişkek arasında arabir sərhəd insidentlərində özünü büruzə verən gərginliyi, silahlı münaqişələrə bir daha qayıtmamağı aradan qaldırmağa çalışan ölkələrdən biridir.

Siyasi şərhçi vurğulayıb: “Zənnimcə, Tacikistan Prezidenti Emoməli Rəhmon bu baxımdan Azərbaycana çox böyük ümidlər bəsləyir: birincisi, sınaqdan çıxmış tərəfdaş kimi, ikincisi, çox yüksək inteqrasiyalı ad-san qazanmış ölkə kimi, üçüncüsü - elə Tacikistanın özündə daxili proseslərin inkişafına səmərəli təsir göstərmək iqtidarında olan müttəfiq kimi. Çünki Tacikistan sənaye istehsalı və inteqrasiya proqramında bir qədər ləngiyir. Bu ölkə “yaşıl” enerjidən istifadə planlarına qoşula bilər: orada günəş, su ehtiyatları çoxdur, elektrik enerjisi istehsalında bərpaolunan mənbələr şəbəkəsinin yaradılması üçün çox böyük qidalayıcı mühit mövcuddur. Bəli, bizim əmtəə dövriyyəmiz o qədər də yüksək deyil, lakin bu baxımdan biznesin inkişafı və birgə layihələr üçün təməllər qurulmasından ötrü səmərəli platforma yaradılır. Digər tərəfdən, Tacikistan farsdilli dünyanın bir hissəsidir. Biz bir daha bütün dünyaya nümayiş etdiririk, istər slavyan dünyası, istərsə də farsdilli dünya ilə problemimiz yoxdur”.

O qeyd edib ki, Azərbaycan-Tacikistan münasibətlərində yeni mərhələ başlanır və bu mərhələ kəmiyyət göstəricilərinin keyfiyyət göstəricilərinə çevrilməsini vəd edir.

“Qazaxıstana gəlincə, bu ölkə bizim çoxdankı strateji tərəfdaşımızdır. Sosial-iqtisadi kompleksdə oxşar cəhətlərimiz çoxdur, biz xüsusən dördüncü sənaye inqilabının tələbləri çərçivəsində eyni məsələləri həll edirik. Təsadüfi deyil ki, Azərbaycan Qazaxıstan enerjidaşıyıcılarının qərb istiqamətinə nəqlinə də qoşulub. Biz bir-birinin sözünü dinləyən ölkələrik. Münasibətlərimizin genişlənməsi üçün hələ Heydər Əliyevin dövründən qabaqcadan lazım olan bütün şərait yaradılmışdı və biz faktiki olaraq buna nail olmuşuq”, - deyə ekspert əminliyini bildirib.

T.Abbasov əlavə edib ki, hər iki ölkə - Tacikistan və Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdürlər, Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanı birmənalı şəkildə dəstəkləyiblər və indi də dəstəkləyirlər. Politoloqun sözlərinə görə, bu onunla bağlıdır ki, ölkəmiz haqqın-ədalətin tərəfdarıdır, heç kimin ərazisini işğal etməyib, ərazi iddiası irəli sürməyib, əksinə, erməni işğalçı qoşunlarının müvəqqəti yerləşdiyi ərazilərdə yurisdiksiyanın bərpasına öz hüququnu qoruyub. O deyib: “Astana və Düşənbə tərəfindən göstərilən sağlam yanaşma bir daha nümayiş etdirdi ki, bizim münasibətlər hazırkı dövrün aktual problemləri kontekstində qurulur. Hazırda Prezident İlham Əliyev mövcud olan etibarlı münasibətlərin təməlini möhkəmlədir. Düşənbə və Astanaya səfərlər Azərbaycanın qardaş ölkələrlə, quruculuq ideologiyasını irəli çəkən dövlətlərlə münasibətlərin inkişafına hədəflənməsini nümayiş etdirən çox mühüm hadisələrdir. Dövlətlərarası münasibətlərimizi inkişaf etdirməklə biz ümumi beynəlxalq təhlükəsizliyin təminatına da əhəmiyyətli töhfə veririk və təhlükəsizliyə dayağı möhkəmləndiririk”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib