Azərbaycan karateçiləri dünya kuboku yarışında 7 medal qazanıblar
Bakı, 2 iyul, AZƏRTAC
Xorvatiyanın Poreç şəhərində 12-21 yaşadək karateçilər arasında dünya kuboku yarışı keçirilib.
Azərbaycan Milli Karate federasiyasından AZƏRTAC-a verilən məlumata görə, turnirə qatılan milli komandamızın üzvlərindən Nuran Rzazadə (67 kq) və İnci Əzizova (50 kq) gümüş medal, Mədinə Sadıqova (55 kq) isə bürünc mükafat qazanıblar.
İyirmi bir yaşadək qızların kata yarışlarında mükafatsız qalan Emilya Mitilinovaya parakarate turnirində qızıl medala sahib olub.
Klubları təmsil edən idmançılardan isə 12 yaşlı uşaqlar arasında Vüsal Qənbərov birinci, Məhyəddin Cəfərli ikinci, Marat Semixov (üçü də 40 kq) üçüncü yeri tutublar.
Dünya kuboku yarışında 32 ölkədən 464 karateçi iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]