Azərbaycan Kinoşünaslar və Kinotənqidçilər Gildiyası 2025-ci ilin nominantlarını elan edib
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) Azərbaycan Kinoşünaslar və Kinotənqidçilər Gildiyası (AKKG) üzvlərinin görüşü keçirilib.
AKİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə bu il ikinci dəfə təqdim edilməsi planlaşdırılan AKKG mükafatlarına namizədlərin müəyyənləşdirilməsi və səsvermə prosesi müzakirə olunub.
Ötən il olduğu kimi, bu il də 17 kinoyazardan ibarət münsiflər heyəti 2025-ci il ərzində ölkə ərazisindəki kinoteatrlarda nümayiş olunmuş və ya festivallarda iştirak etmiş tammetrajlı və qısametrajlı bədii, eləcə də sənədli filmləri peşəkar kateqoriyalar üzrə dəyərləndirib. Heyət iki ay ərzində 16 qısametrajlı sənədli, 13 qısametrajlı bədii, 16 tammetrajlı bədii və 6 tammetrajlı sənədli film olmaqla, ümumilikdə 51 ekran əsərinə baxıb.
Qiymətləndirmənin nəticəsi olaraq, 12 nominasiya üzrə 7 tammetrajlı bədii, 6 tammetrajlı sənədli, 6 qısametrajlı sənədli və 6 qısametrajlı bədii film seçim mərhələsinin qısa siyahılarına (şort-list) daxil edilib.
AKKG-nin mükafatlarına namizədlərin tam qısa siyahıları ilə AKİ-nin rəsmi saytında tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:05]
Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib
- 06.10.2026 [11:38]
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]