AZƏRBAYCAN KOMANDASI BEYNƏLXALQ CÜDO TURNİRİNİN QALİBİ OLMUŞDUR
Bakı, 11 may (AZƏRTAC). İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş beynəlxalq cüdo turniri başa çatmışdır.
“ABU Arena” idman kompleksində keçirilən yarışmada Azərbaycan, Türkiyə, İran, İsrail, Ukrayna, Gürcüstan, Özbəkistan, Türkmənistan və Rusiyadan 500-dək idmançı mübarizə aparmışdır. Azərbaycan və Rusiya turnirdə iki komanda ilə təmsil olunmuşlar.
Qızların turnirində qızıl medallara Vəsilə Əmirova (36 kq - Azərbaycan), Quranda Şotodze (40 kq - Gürcüstan), Nəzakət Xəlilova (52 kq - Azərbaycan), Şoto Beridze (57 kq - Gürcüstan), Günay Əliməmmədli (63 kq - Azərbaycan), Tioma Şokitaşvili (70 kq - Gürcüstan) və Yelena Kexadze (70 kq-dan yuxarı - Gürcüstan) layiq görülmüşlər.
Kişilərin yarışında isə ən yaxşı nəticəni Nəsimi Umbayev (46 kq - Azərbaycan), Kənan Quliyev (50 kq - Azərbaycan), Musa Xəlilli (55 kq - Azərbaycan), Arif Şahlarov (60 kq - Azərbaycan), İslam Əliyev (66 kq - Rusiya), Kamil Qadciyev (73 kq - Rusiya), Maqomedramin Qazoyev (81 kq - Rusiya), Cümşüd Qasımlı (90 kq - Azərbaycan), Georgi Uxadze (90 kq-dan yuxarı - Gürcüstan) göstərmişlər.
Komanda hesabında Azərbaycan yığması 10 qızıl, 16 gümüş və 21 bürünc medalla turnirin qalibi olmuşdur.
Gürcüstan komandası ikinci, Rusiya yığması isə üçüncü yeri tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]