Azərbaycan “KOTFA-2012” Beynəlxalq turizm sərgisində təmsil olunacaqdır
Bakı, 31 may (AZƏRTAC). Azərbaycan iyunun 7-dən 10-dək Koreya Respublikasının paytaxtı Seulda keçiriləcək “KOTFA-2012” Beynəlxalq turizm sərgisində təmsil olunacaqdır.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq sərgidə ölkəmizin turizm potensialı icarəyə götürülmüş 27 kvadratmetrlik pavilyonda nümayiş etdiriləcəkdir. Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri ingilis dilində hazırlanmış 23 adda xüsusi reklam çap məhsulları vasitəsilə təbliğ olunacaqdır.
Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən bir neçə turizm şirkətinin nümayəndələri iştirak edəcəklər.
Ölkəmiz ikinci dəfədir ki, “KOTFA” Beynəlxalq sərgisində iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]