Azərbaycan Kuboku: 32-ci mövsümdə 32-ci dəfə
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün I təsnifat mərhələsi penaltilər seriyası ilə yadda qalıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qusar” və “Şahdağ Qusar” arasında derbinin taleyi “lotereya”da həll olunub. Qolsuz bitən görüşdə nominal qonaqlar 11 metrlik nöqtədən daha dəqiq olublar - 5:4.
Bu, ölkə kuboku tarixində 32-ci penalti seriyasıdır. 32-ci mövsümə təsadüf edən bu “lotereya” Qusar derbisinin hər iki iştirakçısı üçün ilk belə seriya olub. Şəhərin eyniadlı təmsilçisi yarışın debütantıdırsa, “Şahdağ Qusar” indiyədək qatıldığı kubok matçlarında qalibi penaltilərlə müəyyənləşdirməyib.
Azərbaycan Kubokunda sonuncu belə seriya isə 2021/2022-ci illər mövsümünün finalında gerçəkləşib. 540 gün əvvəl - 2022-ci il mayın 27-də “Qarabağ” “Zirə”ni üstələyib - 4:3.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]