Azərbaycan kuboku yarışlarında mövsümün rekordu qeydə alınıb
Bakı, 5 iyun, AZƏRTAC
Futbol üzrə Azərbaycan kuboku yarışlarında mövsümün rekordu qeydə alınıb. Bu, “Neftçi” ilə “Qəbələ” arasında finala təsadüf edib. “Bakcell Arena”dakı görüşü 9 min tamaşaçı izləyib.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, bu, mövsümün 19 kubok oyununun ən yüksək göstəricisidir. Finaladək rekord 5 minə bərabər idi. Yarımfinalın “Neftçi” və “Turan Tovuz” arasında hər iki qarşılaşmasında 5 min seyrçi olub.
Ümumilikdə, kubok yarışlarının 19 matçında 31 min 980 izləyici qeydə alınıb. Orta hesabla hər oyunu 1683 tamaşaçı seyr edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]
Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir
- 01.10.2026 [13:41]