Azərbaycan Kuboku: “Zirə” yarımfinalda
Bakı, 3 mart, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Günün yeganə görüşündə “Zirə” öz meydanında “Sumqayıt”la üz-üzə gəlib. Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib. Bununla da “qartallar” növbəti raunda vəsiqə qazanıb.
Komandalar arasında Sumqayıtda keçirilmiş ilk oyunda qapılara qol vurulmayıb – 0:0.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab görüşləri martın 4-5-də reallaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:07]
Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]
NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib
- 09.06.2026 [10:41]