Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN-LATVİYA BİZNES FORUMU

Bakı, 11 avqust (AZƏRTAC). Avqustun 11-də Bakıda, “Hyatt Regency-Naxçıvan” mehmanxanasında Azərbaycan-Latviya biznes forumu keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Valdis Zatlers forumun işində iştirak etmişlər. Dövlət başçıları Latviya iqtisadiyyatı məhsullarının nümayiş etdirildiyi sərgiyə də baxmışlar.

Biznes forumda Azərbaycandan 120-dək şirkətin nümayəndəsi və Latviyadan 75 iş adamı iştirak etmişdir.

Prezident İlham ƏLİYEV biznes forumda çıxış edərək dedi:

- Hörmətli cənab Prezident!

Xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Mən sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Latviya Prezidentinə və onun rəhbərlik etdiyi nümayəndə heyətinə, Latviyanın iş adamlarına Azərbaycana gəldikləri üçün minnətdarlığımı bildirirəm. Bu, bizim tərəfdaşlığımızın mühüm rəmzidir və münasibətlərimiz uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli əlaqələr davamlı şəkildə inkişaf edir. Latviya Prezidentinin Azərbaycana səfəri birmənalı olaraq münasibətlərimizin gələcəkdə yeni səhifəsini açacaqdır. Dünən bizim çox məhsuldar danışıqlarımız və müzakirələrimiz oldu. Biz bir sıra hökumətlərarası sazişləri imzaladıq və bununla ölkələrimiz arasında münasibətlərin qanunverici əsaslarını genişləndirdik. Təbii ki, yaxşı siyasi münasibətlərin olması iki ölkənin işgüzar dairələri üçün də bir çox sahələrdə daha səmərəli şəkildə əməkdaşlıq etməyə imkan yaradır. Ona görə iqtisadi əməkdaşlığın çox yaxşı perspektivləri vardır. Son bir neçə il ərzində bizim iqtisadi əməkdaşlıq sahəsində artıq gözəçarpan nailiyyətlərimiz olubdur. Bizim birgə qarşılıqlı ticarət dövriyyəsinin rəqəmləri o qədər yüksək deyildir. Ancaq buna baxmayaraq, yenə də addım-addım irəliləyiş əldə olunur və ölkələrimiz arasında bu dövriyyənin həcmi artmaqdadır. Ümidvaram ki, ölkələrimizin iş adamlarının bu görüşü, ümumiyyətlə ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəkdir. Hesab edirəm ki, hökumətlərarası birgə iqtisadi komissiyanın rolu çox vacibdir. Çünki o, biznesmənlərə bir-biriləri ilə təmaslar qurmaq, müxtəlif layihələri əlaqələndirmək və sərmayələrin daha çox cəlbedici sektorlara qoyulmasına yardım edəcəkdir. Müxtəlif əməkdaşlıq formaları mövcuddur və əlbəttə ki, əməkdaşlığın hansı formasını seçmək barədə qərarları iş adamlarının özləri qəbul edə bilərlər. Amma vacib məsələ ondan ibarətdir ki, biz geniş biznes imkanları, hüquqi çərçivə, vergi, sərmayə mühiti və ümumiyyətlə iqtisadi inkişaf haqqında məlumatları verməliyik.

Dünən müzakirələrdən sonra belə bir qənaətə gəldik ki, bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparan iqtisadiyyatlar deyildir. Biz bazar uğrunda rəqabət aparmırıq, əksinə iqtisadiyyatlarımız uğurlu şəkildə bir-birinə dəstək verə bilər. Burada söhbət nəinki iqtisadiyyatdan, o cümlədən mühitdən də, turizmin inkişafından da gedir. Dünən mən cənab Prezidentə məlumat verdim ki, biz çalışdıq burada elə bir iqlim zonası yaradaq ki, siz özünüzü evinizdəki kimi hiss edəsiniz. Çünki adətən avqustda Bakıda hava isti olur, yay havası çox qızmar olur və Azərbaycandakı insanlar bəzi hallarda elə bir yerə getməyə üstünlük verirlər ki, orada özlərini, necə deyərlər, daha sərin mühitdə hiss etsinlər.

Həmçinin, əminəm ki, Latviyadan gəlmiş qonaqlarımız çimərliklərimizdən, bütün digər imkanlardan bəhrələnəcəklər. Turizm, mədəni mübadilə, o cümlədən informasiya texnologiyaları sahəsində əməkdaşlıq, elm, təhsil üzrə işbirliyi vacibdir. Gündəliyimiz genişdir. Biz əlbəttə istərdik ki, şirkətlərimiz arasında iqtisadi fəaliyyət daha da artsın. Birgə iqtisadi komissiya buna dəstək verə bilər.

Eyni zamanda, qeyd edilməlidir ki, Azərbaycan İnvestisiya Şirkəti bir neçə il bundan əvvəl yaranmışdır və bu da potensial sərmayədarlara Azərbaycanda yardım edə bilər, o cümlədən müxtəlif layihələrdə həm də sərmayədar kimi iştirak edə bilər. Ümumiyyətlə ölkəmizdə yaxşı sərmayə mühiti vardır və on milyonlarla dollar birbaşa sərmayə buna yaxşı nümunədir. Bir çox digər yerlərlə müqayisədə regiona gəldikdə, ölkəmiz adambaşına düşən birbaşa xarici sərmayələr üzrə aparıcı ölkələr arasındadır. İqtisadi islahatlar, iqtisadi dəyişikliklər Azərbaycanda çox yaxşı sərmayə imkanları və ümumiyyətlə biznes mühiti yaratmışdır.

Bizim sürətli iqtisadi artımımız müxtəlif amillərin təzahürüdür. Enerji amili bizim üçün çox mühümdür. Neft və qaz hasilatının yüksəlməsi son beş il ərzində bizim üçün ÜDM-in daha çox artımına nail olmağa imkan yaratdı. Lakin, eyni zamanda, qeyri-neft sektorunun inkişafı da böyük töhfə verir. Biz iqtisadi islahatlar siyasəti aparırıq. Biz Avropa strukturları ilə əməkdaşlıq edirik. Avropa İttifaqı da bu sahədə mühüm bir amildir və biz Avropa İttifaqına daha yaxın olmaq istəyirik. Bizim Şərq tərəfdaşlığı proqramında iştirakımız birmənalı olaraq Azərbaycanın iqtisadi inkişafına da töhfə verəcəkdir.

Ölkəmizdə özəl sektor ÜDM-in 85 faizini təşkil edir. Biz geniş özəlləşdirmə proqramını həyata keçirmişik və ümumi iqtisadi vəziyyət, Azərbaycandakı iqtisadi islahatlar, həmçinin Dünya Bankının qiymətləndirilməsində də əks olunubdur. Bu qurum ötən ilin "Douing Business" hesabatında Azərbaycanı ən islahatçı ölkə kimi tanımışdır və hesab edirik ki, bu illərdə, xüsusən də bu böhran dövründə biz əgər iqtisadi göstəricilərimizə baxsaq görərik ki, cari ilin ilk altı ayında iqtisadiyyatımız 3,6 faiz, sənaye istehsalı isə 4,1 faiz artmışdır. Biz infrastruktura, qeyri-enerji sektoruna böyük sərmayələr yatırmışıq. Dövlətimizin birbaşa qoyduğu sərmayələrin həcmi artmışdır və biz, eyni zamanda, yerli sahibkarlara da yardım etmişik. Biz onlara - yerli şirkətlərə güzəştli, yəni aşağı faizlə kreditlər ayırırıq ki, iqtisadiyyatımız daha şaxələnmiş olsun. Bu il biz öz ölkəmizi kənd təsərrüfatı malları ilə demək olar ki, yüz faiz təmin edəcəyik. Bu il Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından vacib bir ildir. Biz müxtəlif kənd təsərrüfatı mallarının həm ixracçısı, həm də keçmişdə idxalçısı olmuşduq. Bu il demək olar ki, biz bütün daxili tələbatlarımızı təmin edəcəyik. Bu isə öz növbəsində iqtisadiyyatın şaxələndirilməsinə imkan yaradır. Çünki bizim əhalinin yarısı kənd yerlərində yaşayır. Ona görə kənd təsərrüfatı işçiləri, fermerlər dövlətin kifayət qədər yardımından istifadə edərək, iqtisadiyyatın şaxələndirilməsinə şərait yaradacaqlar.

Təbii ki, gələn illərdə enerji amili davamlı surətdə bizim iqtisadiyyatın vacib hissəsi olacaq və biz artıq nəzərəçarpan nəticələri əldə etmişik. Azərbaycan o ölkədir ki, bütün dünyada ilk dəfə olaraq burada neft hasil edilmişdir. Sovet İttifaqı dağıldıqdan sonra bizim hasilatımız olduqca aşağı düşdü, infrastruktur demək olar ki, tam dağıldı. Böyük iqtisadi potensiala və ehtiyatlara malik olmuş ölkə çox çətin vəziyyətə düşdü. Biz ciddi iqtisadi böhranla üzləşdik. Biz çalışdıq ki, bir çox aparıcı enerji şirkətlərini Azərbaycana dəvət edək və buna nail olduq. Beləliklə, beynəlxalq səviyyədə vacib bir neft və qaz hasilatçısına çevrildik. Müstəqillik illəri ərzində bu hasilatın həcmi 5 dəfədən çox artmışdır və demək olar ki, bu il artıq 50 milyon tona çatır. Eyni zamanda, Azərbaycan çox vacib təbii qaz ixracçısına çevrilmişdir. Bu, son iki il ərzində baş vermişdir. 2007-ci ilə qədər biz qazı digər ölkələrdən idxal edirdik. Hazırda isə biz qazı ixrac edirik və ixrac coğrafiyası artır. Biz yaxın gələcəkdə digər qonşularımıza da təbii qaz çatdıracağıq. Bu da gələcəkdə bizə bir çox faydalar gətirəcək və eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəkdir.

2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair Memorandum imzalanmışdır və bu, münasibətlərimizin inkişafı deməkdir. Hazırda Avropanın müxtəlif strukturlarında müzakirə edilən enerji dəhlizləri bizim tərəfimizdən təşəbbüs kimi irəli sürülmüşdür. Xəzərdə hasil olunmuş neft dünya tarixində ilk dəfə boru kəməri vasitəsilə məhz Qara dənizdə yerləşən limanlara daşındı. Bu qapıları biz açdıq. İndi isə, qaz boru kəməri çəkiləndən sonra bizim təbii qazımız artıq qeyd etdiyim kimi, bütün istiqamətlərdə nəql edilir. İndi isə bizim dörd qaz boru kəmərimiz vardır. Onların ikisi Qərb istiqamətinə, biri Şimal, digəri isə Cənub istiqamətinə gedir. Təbii ki, enerji amili iqtisadiyyatın bir çox sahələrində vacib yer tutacaqdır. Lakin biz, eyni zamanda, informasiya texnologiyaları, turizm, infrastruktur və ölkəmizin şaxələndirilmiş inkişafına sərmayələr qoyuruq. Dövlətin böyük yardımı ilə infrastruktur layihələri həyata keçirilir və biz nəticələri görürük. İnfrastruktur layihələrini həyata keçirdikdən, məsələn, şoselər çəkiləndən, elektrik stansiyaları, hava limanları tikiləndən sonra məhz işgüzar dairələr həmin yerlərə gəlirlər. Çünki nəzərəçarpan infrastruktur layihələri məhz paytaxt şəhərdən 100 kilometrlərlə məsafədə yaşayan insanlara fayda gətirir.

Hesab edirəm ki, bu baxımdan Azərbaycandakı və dost ölkələrdəki işgüzar dairələr əməkdaşlığı inkişaf etdirmək üçün bir-biri ilə görüşməlidirlər. Latviya bizim üçün dost ölkədir. Bu ölkə bizim tərəfdaşımızdır. Bizim çox yaxşı siyasi münasibətlərimiz vardır və bunu gördükdən sonra əminəm, işgüzar dairələrimiz də çalışacaqlar ki, onlar arasında olan əlaqələr eyni səviyyədə, yəni siyasi münasibətlər səviyyəsində olsun. Bunun üçün bütün imkanlar vardır. Artıq qeyd etdim ki, bizim yaxşı sərmayə mühitimiz, yaxşı sərmayə imkanlarımız vardır, liberal iqtisadiyyat qurulubdur, sabit siyasi vəziyyət mövcuddur, yüksək səviyyədə şəffaflıq vardır. Bu isə Birləşmiş Millətlər Təşkilatının Azərbaycana verdiyi mükafatda da öz təzahürünü tapmışdır.

Bir daha bildirmək istəyirəm ki, Latviya və Azərbaycanın iqtisadiyyatları bir-birini uğurla dəstəkləyə bilər. Əminəm ki, bügünkü biznes forumu bu istiqamətdə öz vacib rolunu oynayacaqdır.

Bir daha bütün qonaqları salamlayıram və biznes foruma uğurlar arzulayıram.

Diqqətinizə görə minnətdaram.

                                                X X X

Latviya Prezidenti Valdis ZATLERS biznes forumda çıxış edərək dedi:

-Cənab Prezident!

Zati-aliləri!

Azərbaycan və Latviyanın iş adamları!

Xanımlar və cənablar!

Burada - Bakıda keçirilən Azərbaycan-Latviya biznes forumunda çıxış etməkdən olduqca məmnunam və şərəf hissi duyuram. Mən bu cür qarşılıqlı surətdə konstruktiv səylərə və göstərilmiş səmimi qonaqpərvərliyə görə tədbir təşkilatçılarına şəxsən öz adımdan və Latviyanın nümayəndə heyəti adından minnətdarlığımı bildirmək istəyirəm. Biz elə bir dövrdə görüşürük ki, hökumətlərimiz mürəkkəb məsələnin, maliyyə sabitliyinin qorunması ilə məşğuldur və çalışırlar biznes mühitini qısa müddət ərzində yaxşılaşdırsınlar.

Bu gün qlobal iqtisadiyyatda əsas struktur dəyişiklikləri müşahidə olunur və bizim üçün yeni imkanları müəyyən etmək və yeni çağırışları həll etmək vaxtı artıq yetişibdir. Keçmişə nəzər salmaq və bu günə qədər görülmüş işlərin nəticələrini qiymətləndirmək üçün münasib vaxtdır. Qlobal iqtisadi böhranın mürəkkəb nəticələrini nəzərə alaraq, hazırkı ən mühüm vəzifəmiz yeni imkanların tapılmasında səylərimizi və resurslarımızı səfərbər etməkdir. Ümidvaram ki, hökumətlərimiz biznes sahəsi üçün mümkün qədər faydalı şəraitlərin yaradılması məqsədi ilə əlindən gələni edəcəklər. Şirkətlərimiz və hökumətlərimiz arasında sıx əməkdaşlıq zəngin və davamlı iqtisadiyyata aparan yolda mühüm amildir.

Xanımlar və cənablar!

Biznes tərəfdaşlığımızın daha da inkişaf etməsi üçün möhkəm bünövrə vardır. Əməkdaşlıq üçün səmərəli infrastruktur qurulmuşdur. Hazırda Latviyada 29 Latviya-Azərbaycan birgə müəssisəsi fəaliyyət göstərir. Ümid edirəm ki, bu rəqəm gələn bir neçə il ərzində nəzərəçarpan səviyyədə artacaqdır. Eyni zamanda, məmnunluqla qeyd etmək istəyirəm ki, ötən il ərzində ticarət dövriyyəmizə nəzər yetirsək, böhran sözündən istifadə etmək düzgün olmazdı. Baxmayaraq ki, rəqəmlər o qədər yüksək deyildir, lakin Latviyanın ixracı iki dəfə, Azərbaycandan idxal isə 30 faiz artmışdır. 2009-cu ilin birinci rübündə ölkələrimiz arasında ticarət dövriyyəsi artmaqda davam etmişdir. Bu isə, bizə məlum olan qlobal proseslərdən fərqlənir. Latviya iş adamlarının Azərbaycana marağı məni müşayiət edən böyük nümayəndə heyətinin olması ilə nümayiş etdirilir. Bu tərkibdə ərzaq sənayesi, nəqliyyat və logistika, informasiya texnologiyaları və telekommunikasiya, bank və konsaltinq xidmətləri, tikinti sənayesi, turizm, təhsil və digər sahələrin nümayəndələri vardır. Eyni zamanda, Azərbaycanda artıq uğurlu fəaliyyət göstərən şirkətlər də təmsil olunub - Riga Dairy, Laci, AirBaltic, Parex Bank, Baltikums Bank, BDO Invest Riga, Riqa Beynəlxalq hava limanı, Hava Dispetçer və Tədris Mərkəzi və bir çox digərləri.

Məmnunluqla qeyd etmək istəyirəm ki, həmin maraq sahələri strateji əhəmiyyət daşıyır və onların sayı da çoxdur. Biz iş adamları üçün qarşılıqlı surətdə faydalı imkanları nəzərdən keçirməliyik və bu halda, hökumətlərimizin vəzifəsi bütün səviyyələrdə həmin proseslərin uğurlu olmasını təşviq etməkdən ibarət olmalıdır.

Xanımlar və cənablar! Ölkələrimiz arasında hüquqi əsasların qurulması müxtəlif sahələrdə uğurlu və uzunmüddətli əməkdaşlıq üçün mühüm platformadır. Dünən Latviya Respublikası və Azərbaycan Respublikasının hökumətləri bir sıra sənədləri, o cümlədən idman və turizm sahələrində sazişləri imzalamışlar. Latviyanın Patent İdarəsi və Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patentlər üzrə Dövlət Komitəsi arasında sənaye mülkiyyətinin hüquqi mühafizəsi sahəsində informasiya mübadiləsi haqqında Anlaşma Memorandumu imzalamışlar. Hesab edirəm ki, bu sazişlər iqtisadi münasibətlərimizin daha geniş şəkildə inkişafına yeni və yüksək keyfiyyətli təkan verəcəkdir.

Azərbaycan Latviya üçün çox mühüm və perspektivli tərəfdaşdır. Biz Avropa ölkələri ilə Azərbaycan, o cümlədən Xəzər regionunun digər ölkələri arasında sıx əməkdaşlığı təşviq etməyə hazırıq. Latviya sizin üçün nəinki ticari tərəfdaş, o cümlədən digər sahələrdə də mühüm rol oynaya bilər. Biz, həmçinin digər Avropa ölkələrində iş aparmaq üçün strateji keçid ölkəsi ola bilərik. Latviya Şərqi Avropa, Skandinaviya və Qərbi Avropanın kəsişdiyi yerdə yerləşir. Ölkəmiz əla quru və dəmir yolu infrastrukturuna, o cümlədən regionda mövcud olan əsas nəql dəhlizləri vasitəsilə tranzit malların daşınmasını mümkün edən limanlara malikdir. Siz Latviyadakı tərəfdaşlarınızın təcrübəsindən istifadə edə bilərsiniz, çünki Avropa İttifaqının iqtisadi və inzibati məkanına daxil olursunuz. Riqa ilə Bakı arasında birbaşa uçuşlar biznes tərəfdaşlığının inkişafında mühüm elementdir. Mən sizi Skandinaviya və Mərkəzi Avropaya səfəriniz zamanı Riqa hava limanından tranzit kimi istifadə etməyə dəvət edirəm. Mən qeyd etmək istəyirəm ki, Latviya şərqi tərəfdaşlar ilə ticari münasibətlərinin möhkəmlənməsini ənənəvi olaraq dəstəkləmişdir. Biz istəyirik ki, Şərq tərəfdaşlığı iqtisadi inteqrasiya üçün əlavə təkan versin və Avropa İttifaqı ilə Azərbaycan arasında əhatəli və dərin azad ticarət zonasının yaranması ilə nəticələnsin. Biz Azərbaycanın mümkün qədər qısa müddətdə Dünya Ticarət Təşkilatına üzv qəbul olunmasını dəstəkləyirik. Beynəlxalq ticarət sisteminə inteqrasiya Azərbaycana öz ixrac strukturunu şaxələndirməyə imkan yaradacaqdır.

Xanımlar və cənablar! Qeyd etmək istəyirəm ki, ölkələrimiz enerji təhlükəsizliyi ilə bağlı çətinliklərə aid adekvat cavab tədbirlərini görməyə çalışır. Əminəm ki, Avropa İttifaqı ilə Xəzər dənizi regionu arasında yalnız sıx əməkdaşlıq vətəndaşlar üçün sabit və davamlı enerji təhlükəsizliyini təmin edə bilər. Latviya Avropanın enerji ehtiyatları ilə təchiz edilməsində Qara dəniz-Xəzər regionunda Azərbaycanı əsas ölkə hesab edir. Ümid edirik ki, gələcəkdə, Azərbaycanın təbii qaz ehtiyatları Nabukko boru kəməri ilə Avropaya çatdırılacaqdır. Latviya nəinki təbii qaz, o cümlədən neft sahəsində çatdırılma marşrutlarının və mənbələrin şaxələndirilməsində Avropanın səylərini dəstəkləyir. Brodını və Plotsku keçərək, Odessadan Qdanska qədər gedən neft boru kəməri Avropada enerji resurslarının şaxələndirilməsi sahəsində risklərin azaldılmasına mühüm töhfə ola bilərdi. Latviya Baltik dənizi-Qara dəniz-Xəzər dənizi regionu vasitəsilə tranzit konsepsiyasını dəstəkləyir və bu, Mərkəzi Asiyadan Avropaya enerji resurslarının daşınmasında gözəçarpan əlavə tranzit marşrutu ola bilər.

Xanımlar və cənablar! Cəsarət, möhkəm iradə və təşəbbüskarlıq biznesdə uğurun əsas meyarlarıdır. Əminəm ki, burada iştirakınız bir daha sübut edir ki, siz yeni imkanların tapılmasına açıq və fəal olmağa hazırsınız. Ümidvaram ki, rəsmi səfər yeni təmasların qurulmasında sizi çox həvəsləndirəcək və bu biznes forum cari davamlı əməkdaşlıq və qarşılıqlı surətdə faydalı layihələr üçün uğurlu istinad nöqtəsinə çevriləcəkdir.

Xanımlar və cənablar, sizə uğurlar arzulayıram. Diqqətinizə görə minnətdaram.

X X X

Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere avqustun 11-də Zaqatala, Şəki və Qəbələ rayonlarında səfərdə olmuşlar.

######

 
 
 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub