AZƏRBAYCAN-LATVİYA SƏNƏDLƏRİNİN İMZALANMASI
Bakı, 10 avqust (AZƏRTAC). Avqustun 10-da geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin iştirakı ilə Azərbaycan-Latviya sənədlərinin imzalanması mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Valdis Zatlers birgə Bəyannamə imzaladılar.
“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Latviya Respublikasının Patent İdarəsi arasında sənaye mülkiyyətinin hüquqi mühafizəsi sahəsində informasiyanın mübadiləsi haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Latviyanın Patent İdarəsinin direktoru Zigfrids Aumeistars imzaladılar.
“Azərbaycan Respublikasının Hökuməti və Latviya Respublikasının Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Latviyanın xarici işlər naziri Maris Riekstins imzaladılar.
“Azərbaycan Respublikasının Hökuməti və Latviya Respublikasının Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Latviyanın iqtisadiyyat naziri Artis Kampars imzaladılar.
######
![]() |
![]() |
![]() |


