Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan mətbuat tarixinin keşiyində: Ədəbiyyat İnstitutundan REPORTAJ

Azərbaycan mətbuat tarixinin keşiyində: Ədəbiyyat İnstitutundan  REPORTAJ

Bakı, 13 mart, Elçin Hüseynov, AZƏRTAC

Böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabinin “Əkinci”si ilə yola çıxan Azərbaycan mətbuatının bu il 150 yaşı tamam olur. Bu il həm də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi qeyd olunur. Bu əlamətdar tarixlər ədəbiyyat, publisistika və media sahəsində çalışan alim və tədqiqatçılar üçün həm hesabat, həm də yeni hədəflərin müəyyənləşdiyi bir dövrə çevrilib. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi də bu yubileylərə öz elmi töhfələrini verməkdədir. Bu münasibətlə AZƏRTAC-ın müxbiri Mətbuat tarixi və publisistika şöbəsində olub...

Hər şeydən əvvəl demək lazımdır ki, bu şöbə uzun illərdir Azərbaycan mətbuat tarixinin tədqiqi, unudulmuş mənbələrin yenidən elmə qazandırılması və publisistika sahəsində mühüm işlərə imza atır. Şöbənin rəhbəri filologiya elmləri doktoru professor Vüqar Əhməd deyir ki, institutun son illərdə əldə etdiyi uğurlar heç də təsadüfi deyil. Bu nailiyyətlərin arxasında akademik İsa Həbibbəylinin uğurlu idarəçiliyi və elmə sevgisi dayanır. Ən mühüm uğurlardan biri Akademiyanın tarixində ilk dəfə “Molla Nəsrəddin” ensiklopediyasının məhz bu şöbədə hazırlanaraq çap olunmasıdır. Bu fundamental kitabla yanaşı, “Heydər Əliyev və milli mətbuat” adlı monoqrafiya və “Mətbuat tarixi və publisistika məsələləri” kitablarının işıq üzü görməsi şöbənin zəngin fəaliyyətinin göstəricisidir.

Arxivlərdən işıqlı sabahlara...

Hazırda şöbədə bir neçə paralel tədqiqat işi aparılır. Rəhbərlik etdiyi kollektivlə birlikdə şöbə müdiri professor Vüqar Əhməd və böyük elmi işçi Dilbər Rzayeva XIX-XX əsrlərin dəyərli mətbuat nümunələri – “Tuti”, “Babayi-əmir” jurnalları və “Şərqi-Rus” qəzetinin transfoneliterasiyası üzərində çalışır. Məqsəd ərəb qrafikası ilə yazılmış bu qəzetləri latın qrafikalı əlifbaya köçürmək və gələcək nəsillərə təqdim etməkdir.

Şöbənin digər üzvləri də fəal şəkildə iş başındadırlar. Filologiya elmləri doktoru Elçin Mehrəliyev “Ədəbiyyatımızın zəfər publisistikası”, filologiya elmləri doktoru Gülbəniz Babayeva “Molla Nəsrəddin” jurnalında satira və publisistika”, filologiya üzrə fəlsəfə doktoru Gülnar Qasımlı isə “Elm və həyat” jurnalında ədəbiyyat məsələlərinə dair monoqrafiyalar hazırlayıb və artıq çap mərhələsindədir.

Şöbə əməkdaşlarından Rauf Sadıxov Cəfər Bünyadzadənin seçilmiş əsərlərini çapa hazırlayıb və bu əsərlərlə yanaşı, onun həyat və yaradıcılığına dair ayrıca bir monoqrafiya da tamamlayıb. Elmi işçi Şahanə Məmmədova isə “Zənbur” jurnalının transfoneliterasiyası ilə məşğuldur və bu işi cari ilin birinci yarısında kitab halında təqdim edəcək. Leyla Məmmədovanın “Müasir Azərbaycanda nəşriyyat işi” adlı monoqrafiyası artıq çapdan çıxıb. Hazırda o, “İkinci Qarabağ savaşı bədii publisistikada” adlı yeni bir tədqiqat üzərində işləyir. Samirə Kərimovanın isə “XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı və publisistikasında soyqırım problemi” mövzusunda tədqiqat işi tamamlanıb. Şöbə müdirinin sözlərinə görə, Azərbaycan mətbuatının ilk örnəkləri ərəb qrafikası ilə çap olunduğundan müasir oxucularımızın əksəriyyəti üçün əlçatan deyil. Bu çətinliyi aradan qaldırmaq məqsədilə şöbəmizin əməkdaşları XIX əsrin sonu və XX əsrin əvvəllərində nəşr edilən qəzet və jurnalların latın qrafikalı əlifbaya transfoneliterasiyası işini həyata keçirirlər. “Ziya”, “Ziyayi- Qafqaziyyə”,“Arı”, “Mirat”, “Bəhlul”, “Kəlniyyət”, “Məşəl” kimi mətbuat orqanları artıq transfoneliterasiya edilərək kitab halında çap olunub, geniş oxucu auditoriyasının, ziyalılarımızın, müəllim və tələbələrimizin ixtiyarına verilib.

Tarixə güzgü tutan mərhələlər

Azərbaycan mətbuat tarixinin inkişaf mərhələlərinə toxunan şöbə rəhbəri üç əsas dövrü xüsusi qeyd edir. Alimin dediyinə görə, çar Rusiyası dövründə azadlıq məhdud idi, amma milli düşüncəli qəzet və jurnallar xalqın səsini çatdırmağa çalışırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövrü qısa, amma azadlıq baxımından parlaq mərhələ idi. Sovet dövrü isə məhdudiyyətlərə baxmayaraq, mətbuat müəyyən inkişaf yolu keçdi və yeni nəsil jurnalistlər formalaşdı.

Müstəqillik dövründə isə mətbuat özünün azad inkişaf imkanlarına qovuşdu. Bu gün isə rəqəmsal texnologiyalar sayəsində mətbuatımız daha geniş coğrafiyalarda yayımlanır, dünya oxucusuna Azərbaycan həqiqətləri çatdırılır.

Sözün və fikrin azadlığı

Hər bir dövrün ədəbiyyatının yaranması, formalaşması və təkamülü prosesində mətbuatın xüsusi rolu vardır. Çünki istər XIX, istər XX, istərsə də XXI əsrin mətbuatında çıxış edən dövrün böyük ziyalıları, şair və yazıçıları dövri mətbuat orqanlarında fəal iştirak edir, içərisində yaşadıqları cəmiyyətdə baş verən mühüm ictimai-siyasi hadisələri, sosial problemləri həm müxtəlif məzmunlu publisistik məqalələrində, həm də ədəbi-bədii əsərlərində əks etdirirdilər. Sonralar bu əsərlər ayrı-ayrı kitablarda, monoqrafiyalarda toplanır və ədəbiyyatın yaranmasında baza rolunu oynayırdı. Bu baxımdan sovet dövrü mətbuatında öz yazıları ilə çıxış edən Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Süleyman Rəhimov, Mirzə İbrahimov, Süleyman Rüstəm, Səməd Vurğun, Mikayıl Müşfiq, Osman Sarıvəlli, Rəsul Rza, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Bəxtiyar Vahabzadə, Məmməd Araz və digər görkəmli ziyalılarımızın, şair və yazıçılarımızın xidmətləri danılmazdır. Vüqar Əhməd bildirir ki, onların bu fəaliyyəti həm publisistika, həm də ədəbiyyat üçün zəngin mənbə rolunu oynayıb.

O, bir əsr yarım bundan öncə fəaliyyət göstərən mətbuatla çağdaş mətbuatımız arasında bir sıra fərqli məqamlardan da danışıb. Qeyd edib ki, əvvəla, XIX əsrdə rus imperiyasının, çarizmin təbəəliyində olan xalqlara azadlıq, sərbəstlik verilmədiyi üçün həmin dövrdə nəşr edilən qəzet və jurnallar öz fikirlərini, onları narahat edən problemləri açıq şəkildə yazıb geniş oxucu auditoriyasına çatdırmaqda çətinlik çəkirdilər. Xüsusilə də milli ruhlu, demokratik düşüncəli yazılar, öz xalqının müqəddəratı ilə bağlı məsələlər mətbuat səhifələrinə çıxarıla bilməzdi. Mətbuatda ideoloji baxımdan çatışmayan bu cəhətlər Cümhuriyyət dövrünə qədər davam edib, iki ilə qədər müəyyən azadlıqlar əldə edən milli mətbuatımız sovet dövründə yenə də bəzi məhdudiyyətlərlə qarşılaşmalı olub. Lakin ölkəmiz öz müstəqilliyini əldə etdikdən senzura ləğv edildi və mətbuatımızda demokratik, azad fikirlər öz əksini tapdı.

İkincisi isə elm və texnikanın zəif inkişaf etdiyi XIX əsrlə XXI əsr arasında çox böyük fərqlər vardır. Şübhəsiz, o dövrdə naşirlərimiz çox böyük fədakarlıqlar göstərərək çətin şəraitdə və ictimai-siyasi hadisələrin kəskin xarakter aldığı bir mərhələdə qəzet və jurnalların çapına nail olurdular. Müasir mətbuatımız isə son dövrün bütün texnoloji imkanlarından səmərəli şəkildə istifadə etmək imkanına malikdir. İnternet üzərindən bütün dünyaya çıxışı olan mətbuatımız dünya arealında geniş yayımlanaraq beynəlxalq aləmə çatdırıla bilir.

Gənclərə çağırış və gələcək planlar

Gənc tədqiqatçılara müraciət edən şöbə müdiri onlara tövsiyə edir ki, milli mətbuat tariximizi dərindən araşdırsınlar, ərəb əlifbasını öyrənsinlər və klassik mətbuat nümunələrinin transfoneliterasiyası ilə məşğul olsunlar. Çünki xalqın mədəni və siyasi kimliyi, yaddaşı məhz mətbuatda tarixləşir.

Gələcək layihələrə gəlincə, o bildirib ki, “Qarabağın fatehi – İlham Əliyev” və XIX–XX əsrləri əhatə edən “Qarabağ ədəbi-mədəni mühiti” adlı monoqrafiyalar üzərində işlər planlaşdırılır. Eyni zamanda, “Babayi-əmir”, “Zənbur” jurnalları və “Şərqi-Rus” qəzetinin transfoneliterasiya layihələri də gündəmdədir.

Azərbaycan mətbuatı dünyaya çıxır

Şöbə əməkdaşları Azərbaycan milli mətbuatının açılmamış səhifələrinin təkcə ölkə daxilində deyil, eləcə də dünya ictimaiyyətinə tanıdılması istiqamətində böyük işlər görürlər. Professor Vüqar Əhmədin, Gülbəniz Babayevanın, Gülnar Səmanın, Dilbər Rzayevanın, Şahanə Məmmədovanın və başqalarının çoxsaylı elmi məqalələri İran, Türkiyə, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan, Polşa, Avstriya, İsveç, Yunanıstan, Belçika, İtaliya, Hindistan, Almaniya və digər ölkələrin nüfuzlu jurnallarında dərc edilərək beynəlxalq aləmdə yayımlanıb. Bununla yanaşı, şöbənin əməkdaşları bir çox beynəlxalq konfranslara qatılaraq Azərbaycan mətbuatının 150 illik tarixinin işıqlandırılması, görkəmli mətbuat xadimlərinin, şair və yazıçıların, elm və sənət adamlarının tanıdılması və əsərlərinin təbliği istiqamətində də mühüm işlər görürlər.

... Hiss olunurdu ki, şöbənin hər bir əməkdaşı öz işini sevir, tədqiqatlara böyük məsuliyyət və peşəkarlıqla yanaşır. Burada Azərbaycan mətbuatının zəngin tarixi yaddaşı qorunur, araşdırılır və yeni nəsillərə ötürülür. Əməkdaşların elmi axtarışlara olan marağı, mətbuat tariximizin incəliklərinə dərindən bələd olmaları, həmçinin bu irsi gələcək nəsillərə çatdırmaq əzmi xüsusilə diqqət çəkirdi. Bizdə bir daha əminlik yarandı ki, mətbuat tariximizi araşdırmaq sadəcə keçmişi öyrənmək deyil, həm də gələcəyi yazmaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb