Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Milli Məclisinin Sədri Türkiyə Böyük Millət Məclisinin Sədri ilə görüşüb YENİLƏNİB

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Məclisin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop arasında təkbətək görüş keçirilib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Qonaqları salamlayan Parlamentin Spikeri Sahibə Qafarova Azərbaycan və Türkiyənin dost və qardaş ölkələr olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev dediyi kimi, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Qeyd edilib ki, ölkələrimiz arasında mövcud olan münasibətlərdə təqdirəlayiq bir ənənə formalaşıb. Yüksək vəzifəyə seçilmiş hər iki ölkə rəsmiləri ilk səfərlərini qarşılıqlı olaraq qardaş ölkələrimizə edirlər. Milli Məclisin Sədri kimi ilk səfərini bu ilin sentyabrında Türkiyəyə etdiyini xatırladan Sahibə Qafarova TBMM-in Sədri Mustafa Şentopun başçılığı ilə nümayəndə heyətinin bu səfərinin də analoji xarakter daşıdığını və Azərbaycan üçün çox həssas bir dönəmə təsadüf etdiyini söyləyib.

“Bildiyiniz kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağda növbəti təxribat törədiblər. Buna cavab olaraq, Azərbaycan Ordusu əks-hücuma keçərək, 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad etməyə başlayıb. Əməliyyatların ilk günündən Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin dəstəyini hər zaman hiss edir. Hər iki ölkənin prezidentləri, Xarici İşlər nazirləri və digər vəzifəli şəxslər arasında mütəmadi olaraq aparılan telefon danışıqları buna əyani sübutdur. Bu hadisələrlə əlaqədar TBMM-in Sədri Mustafa Şentopun mənə şəxsən zəng etməsini, bu məsələyə xüsusi diqqət göstərməsini yüksək qiymətləndiririk. Bu dəstəyə görə şəxsən öz adımdan, Milli Məclisin deputatları və xalqımızın adından Türkiyə tərəfinə təşəkkür edirəm”, - deyə Milli Məclisin Sədri Sahibə Qafarova bildirib.

Parlamentin Sədri, həmçinin deyib ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad edir. Döyüş meydanında məğlub olması ilə barışa bilməyən işğalçı ölkə Azərbaycanın mülki insanlarını hədəfə alır. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Mingəçevir şəhərlərinə edilən hücumlar, Tərtər və digər rayon mərkəzlərinin ağır artilleriyadan atəşə tutulması bunun əyani göstəricisidir. Ermənistanın bu cür hərəkətləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, müharibə cinayətidir.

Spiker Azərbaycan ilə Türkiyə arasında əlaqələrin təkcə siyasi sahədə deyil, iqtisadi sahədə də sürətlə inkişaf etdiyini söyləyib. Qeyd edilib ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 4,5 milyard ABŞ dolları olub. Cari ilin yanvar-sentyabr aylarında isə bu göstərici 3 milyarda yaxınlaşıb. Qarşılıqlı investisiyaların həcminin artması ticarət dövriyyəmizin yüksəlməsinə müsbət təsir göstərir. Bugünədək ölkələrimiz arasında 249 sənəd imzalanıb. Bu hüquqi sənədlər həyatın müxtəlif sahələrində əməkdaşlığımızın möhkəm hüquqi təməlini təşkil edir.

Azərbaycanla Türkiyənin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin reallaşmasında birgə fəaliyyətini vurğulayan Sədr bu cür layihələrin ölkələrimizin beynəlxalq nüfuzuna da müsbət təsir etdiyini deyib.

Milli Məclisin Sədri dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin mühüm rol oynadıqlarını vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanında dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, parlamentlərimiz ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq parlament təşkilatlarında da prinsipial məsələlərlə bağlı birgə mövqe nümayiş etdirirlər.

Milli Məclisin Sədri TBMM-in nümayəndə heyətinin ölkəmizə budəfəki səfərinin parlamentlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Səmimi görüş üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop dost və qardaş Azərbaycana səfərindən məmnunluğunu söyləyib. Səfərin Azərbaycan üçün çox həssas bir dönəmə təsadüf etdiyini dilə gətirən türkiyəli Spiker Azərbaycan xalqına torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə uğurlar arzulayıb, şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib. Qonaq deyib ki, qardaş Türkiyə dövləti həmişə birmənalı şəkildə Azərbaycanın yanındadır və bir millət iki dövlət olaraq ölkəmizin haqq işinə dəstək verir.

Qeyd edilib ki, hələ bu ilin iyul ayında Tovuzda Ermənistanla sərhəddə baş verən toqquşmalar zamanı TBMM-də təmsil olunan 4 siyasi partiya birgə bəyanat qəbul edərək, Azərbaycanı dəstəkləyib.

Mustafa Şentop deyib ki, Ermənistan silahlı qüvvələri cəbhədəki uğursuzluğun heyfini dinc əhalidən, qocalardan, körpələrdən çıxmağa çalışır. Onların Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən şəhər və qəsəbələrinə hücumları məhz bununla bağlıdır. “Biz işğalçı Ermənistanın bu cür hərəkətlərini qətiyyətlə pisləyirik. Bu, insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Çox təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlamasına və onun bu cür hərəkətlərinə biganə yanaşır. Biz problemin tezliklə ədalətli həllinə inanırıq və Azərbaycanın yanındayıq. Azərbaycan Prezidenti İlham Əliyev dediyi kimi, “Qarabağ Azərbaycandır!”, - deyə M.Şentop bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda 14 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb