Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayır
Reykyavik, 4 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan milli komandası bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.
AZƏRTAC xəbər verir ki, Fernandu Santuşun başçılıq etdiyi kollektiv D qrupunun ilk oyununda İslandiya yığmasının qonağı olacaq. Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Matçın baş hakimi niderlandlı FIFA referisi Sander van der Eyk olacaq. Ona yan xətt hakimləri qismində Rens Blümink və Stefan de Qroot kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mark Naqteqaal yerinə yetirəcək. VAR hakimi Jerön Mansxot, onun köməkçisi Klay Ruperti olacaq.
Qeyd edək ki, bu qrupun digər oyununda Ukrayna millisi Fransa yığması ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:16]
UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub
- 10.08.2026 [17:08]
Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar
- 10.08.2026 [16:44]
Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb
- 10.08.2026 [16:41]
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]
NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib
- 10.08.2026 [15:10]