Azərbaycan millisi Türkiyə ilə heç-heçə edib
Bakı, 31 oktyabr, AZƏRTAC
Qəbələdə təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama görüşünü keçirib.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, yığma Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə ikinci dəfə qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb. Millimizin heyətində qolları 54-cü dəqiqədə Uğur Qurbanlı və 77-ci dəqiqədə penaltidən Əli Bəşirov vurublar.
Qeyd edək ki, komandalar arasında oktyabrın 28-də keçirilən ilk yoxlama görüşündə Türkiyə yığması 2:0 hesablı qələbə qazanmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:37]
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]