Azərbaycan millisi UEFA U-17 Avropa çempionatında ilk oyununa çıxıb
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan millisi Bakıda təşkil olunan UEFA U-17 Avropa çempionatında ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan oyunda millimiz Portuqaliya yığması ilə qarşılaşır. Matçdan əvvəl hər iki ölkənin dövlət himni səsləndirilib.
Millimizin start heyətində meydana Məmməd Hüseynov, Hüseyin Seyliğli, Ricat Qarayev, Elçin Abbasov, Fərid Nəbiyev, Metin Gülər, Doğukan Öksüz, İsmayıl Karakaş, Ceyhun Muxtarlı və Barış Ekincier çıxıblar.
Portuqaliya yığmasının ilk on birliyində isə Dioqo Kosta, Dioqo Dalot, Dioqo Querios, Ruben Vinagre, Gedson Fernandes, Joao Filipe, Miquel Luyis, Jose Qomes, Mesaque Dju, Dioqo Leite və Florentino yer alıblar.