Azərbaycan millisinin qapıçısı ən çox qurtarış edən qolkiperlər sırasında yer alıb
Bakı, 12 noyabr, AZƏRTAC
Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində doqquzuncu turun ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığmasının üzvü Şahruddin Məhəmmədəliyev tsikldə ən çox qol buraxan qapıçılardandır. İyirmi yeddi yaşlı oyunçu 8 görüşdə 18 dəfə məyus olub.
San-Marinonun qapıçısı Elia Benedettini qapısında 32, Lixtenşteyndən Benyamin Büxel 28, Maltadan Genri Bonello isə 24 qol görüb.
Bundan əlavə, Ş.Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar siyahısında E.Benedettini ilə birlikdə 2-3-cü yerləri bölüşdürür. Hər iki oyunçu 44 dəfə komandalarını qoldan xilas edib. Siyahıya isə 57 "seyv"lə B.Büxel başçılıq edir.
Qeyd edək ki, Azərbaycan millisi son olaraq Bakıda Lüksemburqa 1:3 hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]