Azərbaycan müdafiə naziri İstanbulda “İDEF–2015” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edəcək
Bakı, 2 may, AZƏRTAC
Mayın 5-də Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti İstanbulda keçiriləcək “İDEF-2015” beynəlxalq müdafiə sərgisində iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirəcək, müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah-texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olacaq.
Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli müzakirələr, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Hülusi Akar ilə görüş planlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]