Azərbaycan Müdafiə Sənayesi Nazirliyi beynəlxalq sərgidə 184 adda məmulat nümayiş etdirəcək
Bakı, 29 aprel, AZƏRTAC
Mayın 5-dən 8-dək Türkiyənin İstanbul şəhərində “İDEF-2015” Beynəlxalq Müdafiə Sənayesi sərgisi və konfransı keçiriləcək. Dörd gün davam edəcək sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 184 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, sərgi ilə əlaqədar müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdə olacaq. “İDEF-2015” sərgisi çərçivəsində Y.Camalovun Türkiyənin və bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.
Sərgidə dünyanın 59 ölkəsindən 600-dən çox şirkətin iştirakı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]