Azərbaycan nümayəndə heyəti Avstriyada Avropa Olimpiya Komitəsinin iclasında və seminarında iştirak edəcək
Bakı, 15 may, AZƏRTAC
Mayın 17-19-da Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin iclası və seminarı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi AOK İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un marketinq idarəsinin direktoru Mehman Kərimov təmsil edəcəklər.
Mayın 17-də Ç.Hüseynzadə İcraiyyə Komitəsinin iclasında iştirak edəcək. İclasda AOK-un prezidenti Janez Koçijançiçin, baş katib Rafael Paqnozzinin, Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Qunilla Lindberqin də iştirakı gözlənilir.
Mayın 18-19-da isə Avropa Olimpiya Komitəsinin 39-cu seminarı işə başlayacaq. Seminar çərçivəsində Olimpiya idman növləri, sosial inteqrasiya, qadın və idman, idmanda texnologiya və s. mövzular üzrə çıxışlar ediləcək.
Həmçinin 2020-ci il Tokio və 2024-cü il Paris Olimpiya Oyunlarının Təşkilat komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. “Minsk 2019” ikinci Avropa Oyunları, “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalı ilə bağlı da məruzələr dinləniləcək.
AOK-un seminarı çərçivəsində qış idman növləri üzrə “Pyotr Nurovski - Avropanın ən yaxşı gənc idmançısı” mükafatı təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]