İDMAN
AZƏRBAYCAN OLİMPİYAÇILARI ÖZ HƏMKARININ DOĞUM GÜNÜNÜ QEYD ETDİLƏR
Avqustun 14-də Azərbaycan olimpiyaçıları Afinada Olimpiya kəndində milli yığma komandanın ən gənc üzvü, üzgüçü Natalya Filinanın doğum gününü qeyd etmişlər. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan nümayəndə heyətinin rəhbərləri də təbriklərə qoşulmuş və idmançıya hədiyyə təqdim etmişlər.
Bakıdakı 82 nömrəli məktəbin 11-ci sinif şagirdi, “Təhsil” İdman Cəmiyyətinin üzvü Natalya Filina üçün Afina ilk Olimpiadadır. İdmançının ilk çıxışı avqustun 15-də olacaqdır. Həmin gün o, brass üsulu ilə 100 metr məsafəyə üzgüçülük yarışlarının startına çıxacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2024 [17:55]
Keniyalı atlet inanılmaz dünya rekordu qırıb
- 14.10.2024 [17:10]
Vaqif Cavadov: “Sumqayıt”ı çətin vəziyyətdən çıxarmalıyam
- 14.10.2024 [16:02]
“Sumqayıt”ın yeni baş məşqçisi bəlli olub
- 14.10.2024 [15:36]
Azərbaycan Kuboku: Birinci təsnifat mərhələsinə yekun vurulub
- 14.10.2024 [15:18]
“Neftçi” yeni baş məşqçi təyinatını açıqlayıb
- 14.10.2024 [15:00]